Icma.az
close
up
RU
Külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmayan şirkət rəhbərinə cəza verildi

Külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmayan şirkət rəhbərinə cəza verildi

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Quba Rayon Məhkəməsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamada və vəzifə səlahiyyətlərindən sui-istifadə təqsirləndirilən Ramazan Həsənovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Ramazan Həsənov rəhbəri olduğu şirkətin adından 21 aprel 2022-ci il tarixdən 31 yanvar 2024-cü il tarixədək müvəkkil  edilmiş banklardan birinin Quba filialında ümumilikdə 30 472 541,9 ABŞ dolları dəyərində müxtəlif kənd təsərrüfatı məhsullarını Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirildiyi 2089 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edib. Lakin o, həyata keçirdiyi xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş həmin malların dəyəri olan xarici valyuta vəsaitlərini qanunun əsasən, 180 gün ərzində müvəkkil bank hesabına məcburi qaydada köçürülməli olduğunu bildiyi halda öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib.

Belə ki, şirkət rəhbəri ixrac etdiyi malların müqabilində Azərbaycan Respublikasının müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan və həmin dövrün məzənnəsinə uyğun olaraq 51 803 321,2 manat dəyərində 30 472 541,9 ABŞ dolları məbləğində külli miqdarda xarici valyuta vəsaitlərini həmin bankda açılmış müvəkkil bank hesabına köçürməyib.

Daha sonra Ramazan Həsənov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Aprel 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see157

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see136

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see117

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see115

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see115

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see113

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see113

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see113

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see113

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see113

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see112

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see111

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see111

Bir gündə 784 reys

03 İyun 2025 08:42see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri