Icma.az
close
up
RU
KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERƏN SABİQ DİREKTOR NECƏ CƏZASIZ QALDI? Baş Prokurorluq barəsində cinayət işi açıldığını elan etmişdi...

KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERƏN SABİQ DİREKTOR NECƏ CƏZASIZ QALDI? Baş Prokurorluq barəsində cinayət işi açıldığını elan etmişdi...

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Göyçay rayonunun bir qrup sakini tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Baş prokorur Kamran Əliyevə müraciət edən və müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Kamran müəllim!

Sizə bildirirəm ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin sabiq direktoru İrşad Abbasov kollecin maddi-texniki bazası adı altında maliyyə pozuntusu etmişdir. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti rəsmi olaraq məlumat yaymışdır.

Araşdırma zamanı 01.01.2018-ci il tarixdən 01.12.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən, kollecin vəzifəli şəxsləri tərəfindən balansda olan nəqliyyat vasitələrinə heç bir təmir işləri aparılmadan ehtiyat hissələrinin və yanacağın əsassız olaraq məxaricə silinməsi, həmçinin yerinə yetirilməyən təmir və abadlıq işlərinin dəyərinin qəbul aktlarına daxil edilməsi və digər yollarla ümumilikdə 88 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilərək, İ.Abbasov barəsində Baş Prokurorluqda cinayət işi açılmışdır.

Belə ki, Dövlət İdarəetmə və Texnologiya Kollecində aşkar olunan korrupsiya faktına əsaslanaraq, direktor İrşad Abbasov haqqında  prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanaraq, istintaq aparılırdı.

Nəzərinizə çatdıraq ki, qulluq mövqeyindən istifad edən sabiq direktor İrşad Abbasov vaxtilə Etibar Məmmədovun sədri olduğu Azərbaycan Milli İstiqlal Partiyası yarandığı gündən 2008-ci ilədək partiyanın Gəncə Şəhər Şöbəsinin sədri olub.

Belə bir şəxsin kollecə direktor təyin olunması da sual altındadır. Axı, bu şəxs Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının nüfuzuna kölgə salırdı. Hətta 1998-ci ildə keçirilən prezident seçkiləri zamanı Gəncə şəhərindən Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun qurultaylarına, mitinqlərə vətəndaşları aparan şəxs olub.

Odur ki, qulluq mövqeyindən istifadə edən, barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılan bu şəxsin azadlıqda gəzməsi nə qədər düzgündür?! Əldə etdiyimiz məlumatlara görə, Göyçay Rayon Prokurorluğu Dövlət İdarəetmə və Texnologiya Kollecinin sabiq direktoru İrşad Abbasovun işinə xitam verib.

Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən 23 may 2024-cü ildə yayılan məlumata əsasən qeyd edirik ki, sabiq direktor İrşad Abbasovun əməllərində korrupsiya faktı müəyyən edilərək, külli miqdarda, yəni 88 min manat maliyyə pozuntusu sübut olunub. Bu sübutlar və faktlar məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə istintaq başa çatana qədər cəza təyin olunmalı idi.

Baş Prokurorluqdan xahiş olunur ki, cəza verilməyən şəxsin işinin yenidən araşdırılması üçün prokuror tərəfindən protest verilsin və qeyd olunan ittihamlar təkrar araşdırılsın”.

“Hürriyyət”

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Yanvar 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri