Icma.az
close
up
RU
Kupça almaq istəyənlərə ŞAD XƏBƏR 15 günə veriləcək

Kupça almaq istəyənlərə ŞAD XƏBƏR 15 günə veriləcək

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Bu gün Abşeron yarımadasında Dövlət Reyestrinə alınmamış 500 mindən artıq ev var. Halbuki həmin evlərin bəzilərinin ilkin sənədləri var. Bəzi vətəndaşlar həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərkən aylarla gözləməli olur. Çünki Reyestr Xidməti təqdim edilən sənədlərin arxivdən kökünü, torpağın təyinatını və digər məsələri araşdırır. Bu da istər-istəməz uzun zaman alır.
Milli.Az xəbər verir ki, Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nda etdiyi dəyişikliklə bu proses bir qədər sadələşdirilib.

Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.

Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.
Bu qərar nəyi dəyişəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, bu ilk baxışdan texniki məsələ kimi görünür:

"Amma vətəndaşların müraciətlərinə baxılması mexanizmi üçün çox vacibdir. Bu vaxtadək Dövlət Reystrinə edilən müraciətlər hüquq müəyyənedici sənədlərin yetərli olmaması səbəbindən araşdırmalar uzun çəkirdi. Nəticədə, vətəndaşın müraciətinə veriləcək cavablar aylarla uzanırdı. Buna görə də Dövlət Reyestr Xidməti heç bir məsuliyyət daşımırdı.

Artıq müraciətlərin araşdırılması üçün konkret vaxt müəyyən edilib. Bu da müsbət hadisədir. Vətəndaşlar müraciətin cavabı üçün artıq aylarla gözləməyəcək. Bundan sonra edilən müraciətlərə 15 iş günündə baxılacaq. Bütün sənədlər yetərlidirsi, o zaman sənəd dövlət reyestrinə alınacaq. Yaxud çatışmayan sənədlər barədə vətəndaşa bildiriş göndəriləcək".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Fevral 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri