“Kür” Borçalının Kürüstü bölgəsinə mənəvi işıq saçacaq
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Diasporla İş üzrə Dövlət Komitəsi “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstanda təbliği” layihəsi çərçivəsində Marneuli rayonunun Keşəli kəndində “Kür” Tədris və İnkişaf Mərkəzi yaradıb.
Açılış mərasimində mərkəzin rəhbəri Savalan Osmanlı bildirib ki, yeni maarifləndirici qurum Keşəli ilə yanaşı, Borçalının Kürüstü kəndlərinə də xidmət göstərəcək. Mərkəz yerli gənclərin anadilli mənbələrə əlçatanlığını təmin edəcək, onların milli-mənəvi dəyərlərlə bağlı mədəni inkişaf tələbatını ödəməyə çalışacaq. O, gərəkli layihənin gerçəkləşməsinə yardımçı olmuş xeyriyyəçi iş adamlarına minnətdarlığını bildirdi.
Gürcüstan parlamentinin sabiq deputatları Mahir Dərziyev, Ramiz Bəkirov, İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov, “Aktual media”nın baş direktoru İlkin Hüseynov və digər natiqlər “Kür”ə səmərəli fəaliyyət arzuladılar. Onlar qeyd etdilər ki, mərkəz tədris yönümlü olmağı ilə yanaşı, bölgədə ictimai və mədəni fəallığa da dəstək verəcək.
Sonda Aşıq Mirzə oynaq ifaları ilə ictimai maarif ocağına xeyir-dua verib, mərasimə şən əhval gətirib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 11 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















