Icma.az
close
up
RU
Kür qəsəbəsində 300 nəfərin məşq etdiyi qəzalı idman məktəbi, verilən qeyrimüəyyən vəd Şəmkirdən REPORTAJ

Kür qəsəbəsində 300 nəfərin məşq etdiyi qəzalı idman məktəbi, verilən qeyrimüəyyən vəd Şəmkirdən REPORTAJ

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən idman məktəbi qəzalı vəziyyətə düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir Uşaq Gənclər İdman Şahmat Məktəbinin Kür qəsəbə filialının mövcud binası 1989-cü ildə inşa olunub.

Bina ötən müddət ərzində bir çox idman növləri üzrə ölkə əhəmiyyətli müxtəlif yarışlara ev sahibliyi edib.

Lakin Kür qəsəbəsi, həmçinin ətraf kəndlərdən olan gənclər arasında dünya və Avropa çempionatları mükafatçılarının, ölkə birincilərinin yetişdiyi idman məktəbi hazırda şəraitsiz vəziyyətdədir.

Bu durum məktəbdə fəaliyyət göstərən səkkiz müəllim və məşq edən 300-ə yaxın yeniyetmə idmançı üçün ciddi çətinliklər yaradıb. O baxımdan, məktəbin nə zaman əsaslı təmir olunacağı məşqçi və idmançı kontingentini düşündürən əsas məsələdir.

Qəzalı məktəbin tabe olduğu Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bölgədəki təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərdir.

Qeyd olunub ki, İdarənin nəzdindəki təhsil müəssisələrinin təmiri, tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında aparılır:

“Son iki ildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 70-dən çox məktəbdə cari, dördündə əsaslı təmir işləri aparılıb, dörd məktəb binası sökülərək yenidən tikilib.

Bildiririk ki, adıçəkilən Şəmkir Uşaq Gənclər İdman Şahmat Məktəbinin Kür qəsəbəsində yerləşən köməkçi binasının cari vəziyyəti ilə bağlı məlumatlıyıq.

Regional Təhsil İdarəsini əməkdaşları tərəfindən təhsil müəssisəsinə baxış keçirilib və məktəbin maddi-texniki bazasının möhkəmkəndirilməsi istiqamətində qiymətləndirmələr aparılır.

Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Yanvar 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri