Icma.az
close
up
RU
Kürdəmirdə region sahibkarları ilə görüş

Kürdəmirdə region sahibkarları ilə görüş

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Kürdəmir rayonunda Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən görüşdə kənd təsərrüfatı, balıqçılıq, arıçılıq, heyvandarlıq və s. sahələrdə fəaliyyət göstərən 110-a yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Toplantıda regionda sahibkarlığın inkişaf imkanları müzakirə olunub, biznes subyektlərinin təklifləri dinlənilib, sualları cavablandırılıb.

Görüşdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elşən Həsənli və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlıq fəaliyyəti, mövcud biznes imkanlarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmləri və təşviq alətləri barədə məlumat veriblər. Bildirilib ki, ölkənin iqtisadi potensialının reallaşdırılması üçün dövlət dəstəyi tədbirlərinin əhatə dairəsi genişləndirilir və sahibkarlara yeni dəstək alətləri təqdim olunur. Sahibkarlar bu dəstək mexanizmlərindən yararlanmaqla Mərkəzi Aran iqtisadi rayonunun, o cümlədən Kürdəmir rayonunun kənd təsərrüfatı və emal sənayesi üzrə imkanlarını yeni biznes təşəbbüslərinə çevirə, mövcud sahibkarlıq fəaliyyətlərini genişləndirə bilərlər. Tədbir zamanı sahibkarlar ölkədə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa və yeni biznes təşəbbüsləri irəli sürməyə dəvət ediliblər.

Görüşdə sahibkarlarla yeni suvarma sistemlərinin tətbiqi və arıçılıq üçün güzəştli kreditin alınmasına dəstək, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib, sualları cavablandırılıb.

KOBİA nümayəndələri həmçinin Kürdəmirdə intensiv bağçılıq təsərrüfatında olub, sahibkarla yerli biznesin inkişafı və gələcək planlarına dair fikir mübadiləsi aparıblar.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see225

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see223

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see223

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see222

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see216

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see211

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see206

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see202

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see188

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see185

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see185

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see183

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see177

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see173

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see170

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see170

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see169

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see167

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see166

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri