Icma.az
close
up
RU
Kurikulum sözü təhsilimizə gətirildikdən sonra hər şey dolaşdırıldı

Kurikulum sözü təhsilimizə gətirildikdən sonra hər şey dolaşdırıldı

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Keçmiş təhsil naziri, professor Firudin Cəlilov deyib: “Kurikulumu təhsilimizdən çıxarmaq lazımdır ki, şagirdlərimizin dili açılsın, onlar danışa bilsinlər".

Həqiqətənmi kurikulumu təhsilimizdən çıxarmaq lazımdır?

Təhsil-çoxparametrli, çoxməqsədli, çoxtərəfli elmi əsaslar üzərində inkişaf edən mürəkkəb prosesdir. Təhsilin məzmunu, quruluşu, müddəti, vasitə və yolları, metodologiyası, idarə olunması, qiymtləndirmə üsulları və qarşılıqlı əlaqə əsasında həyata keçirilən digər məsələlər mürəkkəbliyi təsdiq edən amillərdir. Bu mürəkkəb prosesi tənzimləmək və məqsədyönlü idarə etmək üçün elmə “kurikulum” analayışı gətirilib. Latın sözü olan “kurikulum”un dilimizə tərcüməsi “qaçış”, “yol”, “meydan”, “sahə” kimidir. Müasir pedaqogikada isə bu söz, əsasən, “fənnin öyrənilməsi prosesi” anlamında işlənir. Kurikulum sənəd kimi müxtəlif dövlətlərdə müxtəlif adlarda və anlamlarda işlədilir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunununda kurikulum anlayışı verilib.

Maddə 10. Təhsil proqramı (kurikulum)

10.1. Təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.

Dünyanın bir çox inkişaf etmiş dövlətlərində təhsilin məzmunu mükəmməl kurikulumlar əsasında qurulub və yüksək nəticələr əldə olunub. Bizdə isə bu sənədlər tələsik, başdansovdu, alayarımçıq şəkildə hazırlanaraq məktəblərin istifadəsinə verilib. Yəni geriləmələrin səbəbini kurikulum anlayışının təhsilimizə gətirilməsində yox, onun qeyri-peşəkarcasına hazırlanmasında axtarmaq lazımdır.

Bu söz təhsilimizə gətirildikdən sonra hər şey dolaşdırıldı və məktəblərimizdə böyük çaşqınlıq yarandı. Təhsil haqqında qanunun müvafiq maddəsindən göründüyü kimi kurikulum sözü “təhsil proqramı (kurikulum)” kimi daxil edilib. Buradan belə çıxır ki, “kurikulum”la “təhsil proqramı” eyni anlayışlardır. Belə bir sual ortaya çıxır: “Kurikulum” əvəzinə hamı üçün anlaşıqlı olan və diləyatımlı “təhsil proqramı” ifadəsindən niyə istifadə etmirik? Gürcüstanda bu sözün əvəzinə “milli tədris planı”, Baltikyanı ölkələrdə “dərs proqramı”, Türkiyədə “təhsil proqramı” kimi ifadələr işlədilir. Qazaxstanda isə bu sözdən yalnız akademik səviyyədə, yəni elmi yazışmalarda istifadə olunur.

Təhsil haqqında Qanunda “kurikulum” sözünün mötərizə içərisində yazılmasından istifadə edərək onun ətrafında yaranmış xaosun qarşısını almaq olar. Konseptual sənəd kimi onun içərisinə məzmun standartları, təhsil alanların hazırlığına qoyulan tələblər, təlim texnologiyaları, qiymətləndirmə standartlar və cədvəlləri daxil edilir. Əslində bu sadalanların hər biri kurikulumun mühüm komponentləri hesab olunur. Belə olan halda bunun nəyi pisdir?

Etibar ƏLİYEV,

təhsil eksperti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Fevral 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri