Icma.az
close
up
RU
“Kurmanci here gule”: Allah xətrinə, ta “vere”!

“Kurmanci here gule”: Allah xətrinə, ta “vere”!

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əslində sosial şəbəkələrin bir tərəfi də ona görə yaxşıdır ki, hər hansı bir statistikanı aparmaqda real köməkçidir. Məsələn, sosial şəbəkə platformaları imkan verir ki, insanların daha çox nəyə maraq etdiyi asanlıqla təyin edilə bilsin: bu insanlar kitab, yoxsa mahnı oxumağamı, rəqs, yoxsa səyahət etməyəmi maraqlıdırlar və yaxud vaxt amilindən necə istifadə edirlər, bax, bunu rəqəmsal platformalar açıqca ortaya qoyur.

Xeyli vaxtdır, sosial şəbəkələri zəbt edən “Kurmanci here gule”, yəni “get, əzizim, gülüm”, mənasını verən mahnı ilə bir daha təsdiq olundu ki, insanlar hazırda kitab deyil, mahnı oxumağa, rəqs etməyə, bununla eyni zamanda həyat tərzini, evini, səyahət etdiyi yerləri reklam etməyə daha çox meyillidirlər. Hətta bu mahnı ilə videoların çəkilişinə uşaqların belə cəlb edilməsi, it və pişiklərin də bu mahnı ilə rəqsinin süni intellek vasitəsilə hazırlanması insan olan varlığın maraq dairəsinin genişliyindən bir daha söhbət açır.

Artıq yorucu oldu desəm, mənimlə razılan yüzlərlə insanın olduğundan elə yüz faiz əminəm. Çünki hərdən nəzər saldığım video rəylərinə əsasən bunu söyləyə bilirəm. Yorucu oldu, deyirəm. Nə üçün? Bu barədə danışaq.

Bəlkə də artıq iki ayı ötür ki, “Kurmanci here gule” sosial həyatımızı zəbt edib. İlk dinlədikdə melodiyası inanmıram ki, kiməsə yaxşı təsir bağışlamasın. Mən bəyəndim. İnsanda xoş hisslər yaradır bu melodiya. Lakin saysız video ilə “get əzizim, get gülüm”ü paylaşanlar, necə deyərlər, mahnının suyunu elə sıxıb çıxardılar ki, yerində skeleti qaldı. Beləliklə, əvvəl xoşumuza gələn bu mahnı yavaş-yavaş əsəb sistemimizə musiqili zərbələr endirməyə başladı.

Bloger ər-arvad var, yəqin tanımayan az adam olar. Onlar bu mahnı ilə desəm ki, 10-dan artıq video çəkiblər, haqlısınız deməyə ki, yox, azdır. Ər-arvad özlərini, uşaqlarını, evlərini, hətta yataq otaqlarını, səyahətlərini də bu mahnı ilə paylaşdılar. Ta bu qədər də yox da... İnsanları da bir düşünmək lazımdır axı. Onlar eyni adamları nə qədər eyni musiqi sədaları altında görməlidir?

Çoxsaylı gənc qız, ortayaşlı qadın bu mahnını sanki özləri oxuyurmuş kimi videolar çəkdilər, əcəb etdilər, öz işləridir, nə demək olar?.. Bu mahnı ilə yemək bişirən kim, səyahət edən kim, rəqs edib arxasını bizə göstərən kim, maşınını reklam edən kim, uşağını sosial şəbəkələrə fəda edən kim, dəniz kənarından dəniz paltarında yarıçılpaq bədənini göstərən kim, aşırı kilolara sahib bədənini silkələyən kim, kollektiv şəkildə idman edən kim, canlı açıb duet oxuyan kim, təbiət mənzərələri paylaşan kim, uşaqları yaşına uyğun olmayan vəziyyətə salan kim, göbəyini, sinəsini oynadan kim, süni intellektlə mahnını dünya məşhurlarına oxutduran kim, öz xalqına məxsus milli paltarı geyinib bu mahniya video çəkdirən kim, yaşlı valideynlərini, nənə-babasını bu havaya oynadan kim, yaşadığı şəhəri paylaşan kim, xəyala gedən kim, bir-birinə naz edən kim, bədənini bildiyi kimi o tərəf-bu tərəfə əyən kim, siqaret damağında fikirləşən kim, sadəcə dodaqlarını çəkib paylaşan kim, dolğu, botoksunu nümayiş etdirən kim, özünü öyən kim...

Bütün bunlar “Kurmanci here gule” ilə çəkilən videoların çox az bir hissəsidir ki, sadaladım. Onları saymaq üçün günlər lazımdır. Çünki dünyanın hər yerində sanki insanlar bu mahnıya valeh olublar. Çək-çək, paylaş, doymaq , yorulmaq bilmirlər.

Bir sözlə, artıq mənim fikrimdə olanlar da var ki, ta bəsdir, yorulduq bu mahnı ilə çəkilən oxşar videolardan. Lakin nə fayda, elə çəkən çəkənədir. İnsanlar hələ ki, doymaq bilmirlər.

Maraqlı deyilmi? Həqiqətən də sosial platformalar insan övladının nəyə daha çox meyl etdiyini ortaya qoymurmu? Onların bir-biri ilə bəhs etməsini, bir-birinə bənzəmək istəyini, “o etdi, mən niyə etməyim” kimi düşüncələrini necə də açıqca hər kəsə göstərir. Hələ bəzən də utanmaq hissinin itdiyini, insanların marağının səviyyəsini, vaxtın qızıl qiymətində olduğu dövrdə ondan necə faydalandıqlarını də sübut edir.

Bu “trendə” bizim ölkəmizdə də qoşulanlar yetərli qədər oldu. Onları da mütəlif şəkillərdə seyr etmək məcburiyyətində qaldıq. Qaldıqca da, yenə də düşüncələrə daldıq.

Bəzən düşünürəm: “Kurmanci here gule”-get, əzizim, gülüm, deyil, “Kurmanci vere gule”-gəl, əzizim, gülüm, olsaydı, necə, fərq nə olardı? Özüm öz sualıma belə cavab verirəm: məgər çoxsaylı insan bu mahnının sözlərində nə deyildiyinə bircə dəfə də olsun, nəzər salıb? Onları maraqlandran mahnının ritmidir. Ki, bu ritm yüzlərlə insanın sümüyünə elə düşdü ki, hansı havaya oynadıqlarının fərqində belə olmadılar.

Hə, onu da deyim, mənim fikrimcə, “Kurmanci here gule” ni gərək əvvəldən “Kurmanci vere gule” edərdilər. Heç olmasa, bilərdik ki, insanlar bir-birini qovmağa deyil, qucaqlamağa rəqs edirlər...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyun 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri