“Barselona“ Bakıya hansı heyətlə gəlir? Siyahı
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Sabah"la keçirəcəyi oyun üçün Bakıya yola düşüb.
Moderator.az xəbər verir ki, Kataloniya təmsilçisi noyabrın 25-də baş tutacaq qarşılaşmaya hazırlıq məqsədilə Azərbaycan paytaxtına səfər edir.
Baş məşqçi Hans-Diter Flik dörd futbolçunun xidmətindən yararlana bilməyəcək. Rodri, Xavi Espart, Andreas Kristensen və Lamin Yamal komandanın heyətində yer almayıblar.
"Barselona"nın Bakıya gətirdiyi futbolçular:
Qapıçılar: Joan Qarsiya, Voyçex Şensnı, Dominik Livakoviç;
Müdafiəçilər: Joao Kanselo, Alexandro Balde, Pau Kubarsi, Jerard Martin, Jül Kunde, Erik Qarsiya, Aleks Kampos;
Yarımmüdafiəçilər: Brian Farinas, Qavi, Fermin Lopes, Pedri, Dani Olmo, Frenki de Yonq, Mark Bernal;
Hücumçular: Qabriel Jezus, Rafinya, Karim Adeyemi, Entoni Qordon, Cessi Bisivu.
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də, saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 23 Noyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















