Kütləvi axından sonra Seutada təxminən 5000 miqrant qalır
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə İspaniya daxili işlər naziri Fernando Qrande-Marlaska jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, hazırda şəhərdə təxminən 880 polis və 714 mülki qvardiya əməkdaşı xidmət aparır. O, təhlükəsizlik qüvvələrinin iştirakının daha da artırılacağını vəd edib.
Qrande-Marlaska Seutaya qanunsuz yollarla daxil olmağa hazırlaşan şəxslərə də müraciət edərək bildirib ki, onların heç biri şəhərdə qalmaq və İspaniyanın materik hissəsinə keçmək imkanı əldə etməyəcək.
Daxili işlər naziri hazırda şəhərdə təxminən 5 min qanunsuz miqrantın qaldığını da açıqlayıb.
İyulun sonunda on minlərlə qanunsuz miqrant Mərakeşdən Seutaya daxil olub. İspaniya hökuməti böhran fonunda şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək məqsədilə hərbçiləri cəlb edib. Qiqrantların böyük əksəriyyətinin Mərakeşə geri qayıtdığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 14 Avqust 2026 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















