Icma.az
close
up
RU
“La Nina və El Nino hava kütlələri bir birini dəyişməklə okeanda və bütün dünyada iqlimi müəyyən edirlər”

“La Nina və El Nino hava kütlələri bir birini dəyişməklə okeanda və bütün dünyada iqlimi müəyyən edirlər”

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Panama Körfəzində təbii okean yüksəlişi, bu il ilk dəfə uğursuz olub. Smithsonian Tropik Araşdırma İnstitutunun mütəxəssisləri, bu hadisənin bölgə ekosistemləri və iqtisadiyyatı üçün ciddi təhdidlər yaratdığını bildirir. Həmin institutun dəniz biologiyası üzrə mütəxəssisi bu anomaliyanın balıqçılıq və mərcan lifləri üçün fəlakətli nəticələr doğuracağı barədə xəbərdarlıq edib. Mütəxəssis bildirib ki, Panamanın dəniz biokütləsinin 95%-dən çoxu bu yüksələn axınların gətirdiyi qidalara bağlıdır. Yüksəlişin dayandığı təqdirdə, qida şəbəkəsinin çöküşü, balıqçılıqda böyük azalma və mərcan liflərində azalma hadisələri qaçılmaz olacaq. Tədqiqatçılar bu vəziyyətin La Nina ilə əlaqəli olduğunu bildiriblər.La Nina nədir?La Nina hansı ərazilərdə görülür?La Nina Azərbaycana təsir edə bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan ekoloq Sadiq Həsənov bildirib ki, bu hadisələr əsasən Sakit okeanda baş verir: “Xüsusilə ekvator boyunca Cənubi Amerikadan Asiya tərəfə həmin bu axınlar baş verir. Bu isti hava kütlələri hesabına dərindən soyuq hava kütlələri ilə qarışaraq, yuxarı qalxaraq hava iqlimini müəyyən edir. El Nino və La Nina dediyimiz bu iki iqlim hadisələri normal şəraiti pozur. O mənada ki, əgər axın Cənubi Amerikada Asiyaya doğru hərəkət edirsə, El Nino və La Nina bu şəraiti pozur. El Nino əsasən bu hava kütlələrinə qlobal miqyasda təsir edən amillərdir.

El Nino və La Nina bir-birini əvəz edən isti və soyuq hava kütlələridir. 9-10-12 ay ərzində davam edirlər və demək olar ki, 5-6 ildən bir, bəzən 7 ildən sonra təkrarlanırlar. EL Nino və La Nina ispan sözləridir, ispancadan tərcümədə El Nino oğlan, La Nina isə balaca qız deməkdir”

Sadiq Həsənov

Ekoloq vurğulayıb ki, bu hava kütlələri balıqçılığın inkişafına kömək edir: “Təxminən 1600-cü illərdə Cənubi Amerikada ilk dəfə müşahidə olunmuş hava kütlələridir. Xüsusilə balıqçılığın inkişafına təkan verən biri soyuq, biri isti olan hava kütlələridir.

Panamada bununla bağlı həyəcan təbili çalıblar, çünki LA Nina, yəni soyuq hava kütlələri okeanın dibində olan balıqlar üçün yemi səthə qaldırır. Xüsusilə Amerikanın cənub hissəsinə, Afrikanın şimal hissəsinə, Asiyaya tərəf, gələn hava kütlələri dənizin dibində olan qidanı yuxarı qaldırır və balıqların qidalanmasına səbəb olur, bu da həmin ərazilərdə olan balıqçılığın inkişafına, balıqların artmasına kömək edir”.

Sadiq Həsənov qeyd edib ki, Azərbaycan mərkəzdə yerləşdiyinə görə təsiri minimaldır: “Bu hava kütlələri bir-birini dəyişməklə demək olar ki, okeanda və bütün dünyada iqlimi müəyyən edirlər. Soyuq havaları, soyuq kütlələri gətirirlər, okeanın daxilində La Nina dibdən qaldıraraq yuxarı aparır, El Nino isə Cənubdan Şimala doğru axaraq okean sularını sakitləşdirir və isti hava kütlələrini Asiyaya doğru, Cənubi Amerikadan Şimali Amerikaya doğru və ümumiyyətlə, dünyanın bir çox tərəflərinə apara bilən bu hadisələrin izahıdır. Beləliklə iqlim kütlələri Cənubdan Şimala və Şimaldan Cənuba doğru həm hava mühitini müəyyən edirlər, həm də okeanlarda balıqçılığın inkişafına əhəmiyyətli təsir göstərirlər.

Azərbaycan mərkəzdə yerləşdiyinə görə təsiri minimaldır. Biz zaman-zaman müşahidə edirik ki, birdən qışın ortasında isti hava kütlələri gəlir. Bu da onu göstərir ki, artıq El Ninonun okeanlarda hərəkəti baş vermişdir. Sonradan birdən soyuq hava kütlələri gəlir. Əsasən okean sahili ölkələr üçün Panama kimi iki okeanın arasında yerləşən ölkələr üçün Cənubi və Şimali Amerika üçün kifayət qədər problem yarada bilir”.

Günel Həsənova Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Sentyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri