Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Laçın genişmiqyaslı quruculuq işləri nəticəsində sürətlə yenilənən bir məkana çevrilir

Laçın genişmiqyaslı quruculuq işləri nəticəsində sürətlə yenilənən bir məkana çevrilir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

“Bu gün Laçın rayonunun işğaldan azad edilməsinin beş ili tamam olur. Bu tarixi hadisəni laçınlılar dogma yurdlarında böyük coşğu ilə qeyd edirlər. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri azad etməyə məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr birgə Bəyanatına əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu qan tökülmədən azad olundu”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi oldu. 44 günlük müharibədə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. Qeyd etdiyimiz kimi, 2020-ci ilin 1 dekabrında Laçın rayonu qan tökülmədən qaytarıldı, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal illərində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalat müəssisəsi talan və məhv edilib. Rayonda mövcud olmuş 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə dağıdılıb. Onların sırasında VI əsrə aid Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq da var. Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olub, 67 nəfər itkin düşüb, yüzlərlə uşaq valideynlərindən birini, 31 uşaq isə hər iki valideynini itirib. 65 nəfər girov götürülüb, 103 nəfər sağlamlığını itirib. 44 günlük Vətən müharibəsində iştirak edən 263 laçınlıdan 15-i hərbi, 4-ü isə mülki şəxs olmaqla 19-u qəhrəmancasına şəhid olub, 74-ü müxtəlif bədən xəsarətləri alıb. Rayondan 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Millət vəkilinin sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır. Prezident İlham Əliyev azad olunmuş Laçın rayonuna dəfələrlə səfər edib.
Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində dədə-baba yurdlarına artıq qayıdırlar. Laçın şəhərinin böyük hissəsi tamamilə yenidən qurulub, ailələrin yaşayışı təmin olunub. Şəhərə ilk köç 2023-cü ilin mayında baş tutub. Həmin il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Bundan sonra laçınlılar mərhələli şəkildə doğma yurda geri dönüblər. Eləcə də, rayonun bir sıra kəndlərinə qayıdış reallaşıb.
Qayıdış prosesi ilə yanaşı, rayonda yeni iş yerləri, müəssisələr, təsərrüfatlar yaradılır. Rayon ərazisində beynəlxalq hava limanı da fəaliyyətdədir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu il mayın 28-də açılışı edilmiş mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Bütün infrastruktur və yaşayış məntəqələri ən müasir səviyyədə qurulur. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, 44 günlük Vətən müharibəsində qələbəmizə kölgə salmağa cəhd edənlər də oldu. Vaxtilə Laçının işğalına səbəb olan olanlar tarixi qələbəmizi gözdən salmağa çalışırdılar. Onlar həmişə bu yolda olub, uğurlarımıza sevinməyənlərdir. Son zamanlar baş verən proseslər isə bu dairələrin yeni təxribatlar törətmək niyyətində olduğuqlarını göstərir. “Azərbaycanın milli maraqları ölkənin siyasi gündəminin və təhlükəsizlik strategiyasının əsasını təşkil edir, dövlətin müdafiə mexanizmləri isə dəyişməz xətt olaraq qalır. Hazırkı regional vəziyyət, daxili siyasi mühitdə mövcud ola biləcək pozucu fəaliyyətlər fonunda təhlükələrin vaxtında aşkarlanması və neytrallaşdırılması dövlət qurumlarının əsas prioritetidir. Uzun illər siyasi proseslərdə təsir imkanlarına malik olmuş bəzi şəxslər, eləcə də radikal ritorika ilə çıxış edən dairələrin zaman-zaman müxtəlif istiqamətlərdən manipulyasiya cəhdləri müşahidə olunur. Bu kimi qrupların fəaliyyət istiqamətləri daim diqqətdə saxlanılmalı, onların mümkün təxribatlarının qarşısı alınmalıdır. Belə elementi fəaliyyətlərin nəzarətsiz qalması ölkə təhlükəsizliyi üçün ciddi təhdid yarada bilər. Hər hansı siyasi qüvvə və ya fərdin şəxsi və ya qrup marağı naminə Azərbaycanın milli maraqlarına zidd addımlar atmasına qətiyyən göz yumulmayacaq. Dövlətin hüquqi mexanizmləri bu cür hallara qarşı prinsipial və sərt şəkildə işə düşəcək. Xarici dairələrlə koordinasiyalı, destruktiv mövqe sərgiləyən bütün qruplar qarşısında dövlətin mövqeyi dəyişməzdir: Milli maraqlar müzakirə mövzusu deyil. Azərbaycanın sabitliyinə, təhlükəsizliyinə və gələcəyinə qarşı yönəldilmiş hər bir cəhd dərhal və qətiyyətlə zərərsizləşdiriləcək. Heç bir qüvvə ölkənin strateji maraqlarına xələl gətirə bilməz və buna imkan da verilməyəcək”, - deyən Pərvin Kərimzadə əlavə edib ki, bu gün xalqımız Prezidentin ətrafında sıx birləşərək ölkəmizin daha da güclənməsi üçün səfərbər olub. İşğaldan azad olunmuş ərazilərimizin bərpası da bu baxımdan gücümüzün, birliyimizin nümayişidir. Azad Laçının timsalında da bir reallığı açıq-aydın görmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Dekabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see173

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see161

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri