Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Laçın Hava Limanı Ümidin, qələbənin və dostluğun simvolu

Laçın Hava Limanı Ümidin, qələbənin və dostluğun simvolu

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sürətlə bərpa və yenidənqurma işlərinə başladı.

Bu prosesin tərkib hissəsi kimi inşa olunan Laçın Hava Limanı, təkcə nəqliyyat infrastrukturunun inkişafı baxımından deyil, həm də siyasi və strateji baxımdan mühüm hadisədir. Qısa müddətdə tikilib istifadəyə verilən bu hava limanı Azərbaycanın mühəndis və idarəetmə qabiliyyətinin göstəricisi olmaqla yanaşı, regionda sülh, əməkdaşlıq və güc balansına dair önəmli mesajlar da ehtiva edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirakı isə bu layihəyə verilən beynəlxalq önəmi və Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha sübut etdi.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Laçın Hava Limanının istifadəyə verilməsi sadəcə bir infrastruktur layihəsinin başa çatması deyil. Bu mühüm hadisə işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dövlət suverenliyinin və quruculuq gücünün simvoluna çevrilmişdir. Bu, yalnız regional deyil, beynəlxalq miqyasda verilmiş mühüm bir mesajdır: Azərbaycan sülhün, inkişafın və birliyin tərəfdarıdır.

Arzu Nağıyev: Laçın Hava Limanının açılışı Azərbaycanın yalnız keçmişə deyil, gələcəyə də iddialı baxışını əks etdirir

Deputatın sözlərinə görə, cəmi bir neçə il əvvəl müharibədən çıxmış və genişmiqyaslı bərpa işlərinə başlayan bir ölkənin bu qədər qısa müddətdə yüksək texnoloji tələblərə cavab verən hava limanı inşa etməsi ölkəmizin mühəndis-texniki potensialının və idarəetmə qabiliyyətinin bariz göstəricisidir. Bu nailiyyət təkcə daxili imkanlarla deyil, həm də beynəlxalq müttəfiqlərlə qurulan sıx əməkdaşlığın nəticəsi kimi qiymətləndirilə bilər:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirakı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun oradakı varlığı həm dostlara, həm də düşmənlərə ünvanlanan bir mesaj idi: Azərbaycan və Türkiyə istər xoş gündə, istərsə də dar gündə bir yerdədir. Laçın Hava Limanı həm hərbi, həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyətə malikdir. Bir neçə dövlətlə sərhəddə yerləşməsi, bu limanı gələcəkdə regional təhlükəsizlik və müdafiə məqsədləri üçün də mühüm obyektə çevirə bilər. Eyni zamanda, geniş logistik imkanlara sahib olan bu hava limanı Azərbaycan daxilində sayca doqquzuncu aeroport olaraq ölkədaxili daşımaların təşkili, əhalinin rahat şəkildə hərəkəti və regionun turizm potensialının inkişafı üçün də vacib rol oynayacaq".

Milli Məclisin üzvü əlavə edib ki, gələcək planlara nəzər saldıqda isə Laçının yalnız nəqliyyat nöqtəsi deyil, eyni zamanda diplomatik və siyasi platformaya çevrilməkdə olduğunu görmək mümkündür. Yaxın zamanda Azərbaycan, Türkiyə və Pakistan prezidentlərinin iştirakı ilə burada bir zirvə görüşünün keçirilməsi nəzərdə tutulur:

"Bu görüş çərçivəsində Kəşmir, Qarabağ və Şimali Kipr kimi həssas geosiyasi məsələlərin müzakirəsi, eləcə də hərbi əməkdaşlıqla bağlı əhəmiyyətli qərarların qəbul olunması gözlənilir. Bu isə onu göstərir ki, Laçın Hava Limanı yalnız bir hava yolu qovşağı deyil, eyni zamanda yeni geosiyasi proseslərin mərkəzinə çevrilməkdədir. Bütün bunlar sübut edir ki, Laçın Hava Limanının açılışı Azərbaycanın yalnız keçmişə deyil, gələcəyə də iddialı baxışını əks etdirir. Bu, Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcıdır".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 May 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri