Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti mənfəətdən zərərə keçib
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 2024-cü ili 13,265 milyon manat zərərlə başa vurub. Halbuki, Xidmət 2023-cü ildən 117 min manat mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il qurumun gəlirləri 5,637 milyon manat (əvvəlki ilə nisbətən 6,4 dəfə çox), xərcləri isə 18,902 milyon manat (25 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin aktivləri 337,543 milyon manat olub ki, bu da illik müqayisədə 1,8 % çoxdur. Hesabat dövründə Xidmətin öhdəlikləri 1,3 % artaraq 335,531 milyon manata, balans kapitalı isə 3,4 dəfə artaraq 2,012 milyon manata çatıb.
Xatırladaq ki, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 500 min manatdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















