Icma.az
close
up
RU
“Laçın təkcə Azərbaycanın deyil, Türk və İslam dünyasının da birlik rəmzinə çevrilir

“Laçın təkcə Azərbaycanın deyil, Türk və İslam dünyasının da birlik rəmzinə çevrilir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Üç tərəfli zirvə görüşü yeni siyasi nizamda xüsusi rol oynayacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarmaqla mövqeyini möhkəmləndirib. Azərbaycanın müstəqil, demokratik, azad eyni zamanda qalib ölkə olaraq dünya birliyindəki nüfuzu daha da artıb. Azərbaycanın sülhsevər, demokratik proseslərin inkişafına xüsusi önəm yetirən müstəqil dövlət olması barədə beynəlxalq aləmdə müsbət rəy formalaşdı və möhkəm inam yarandı. Beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl və məqsədyönlü iş Azərbaycanın ötən illər ərzində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsində xüsusi rol oynayıb”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Azərbaycan son illərdə xarici siyasətində "orta güc" strategiyasını inkişaf etdirərək regional və qlobal arenada öz nüfuzunu artırmağa çalışır.

Nicat İsmayılov

“Bu strategiya ölkənin regional əməkdaşlıq və beynəlxalq təşkilatlarda daha fəal rol almasını, strateji müttəfiqliklər qurmasını və iqtisadi-mədəni inteqrasiyanı genişləndirməsini əhatə edir. Laçında keçirilən Azərbaycan, Türkiyə və Pakistan prezidentlərinin zirvə görüşü bu siyasətin ən bariz nümunələrindən biridir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və bu çərçivədə həyata keçirdiyi təşəbbüslər onun beynəlxalq arenada balanslı və çoxvektorlu siyasətini nümayiş etdirir. Türkiyə və Pakistanla möhkəm əlaqələr Azərbaycanın regional güc mövqeyini daha da möhkəmləndirir. Qarabağ müharibəsi zamanı hər iki ölkənin Azərbaycana siyasi və mənəvi dəstəyi, onların strateji tərəfdaşlıq çərçivəsində sıx əməkdaşlığının davam etdiyini göstərir. Zirvə görüşü zamanı enerji və nəqliyyat xətlərinin inkişafı, xüsusən də Zəngəzur dəhlizinin əhəmiyyəti ön plana çıxarıldı”-deyə politoloq vurğulayıb.

Nicat İsmayılovun sözlərinə görə, bu dəhliz yalnız Azərbaycanın deyil, bütün regionun iqtisadi potensialını artıracaq və üç ölkə arasında iqtisadi inteqrasiyanı dərinləşdirəcək.

“Zirvə görüşündə əsas müzakirə mövzuları regional əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, enerji və infrastruktur layihələri, nəqliyyat dəhlizləri və müdafiə sənayesi sahəsində birgə təşəbbüslər oldu.

Liderlər həmçinin Qarabağın bərpası və bölgədə davamlı sülhün təmin olunması ilə bağlı fikir mübadiləsi apardılar. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq, “Laçın görüşü Türk dünyasının gücünü və birliyini bir daha dünyaya nümayiş etdirir,” dedi. Baş nazir Şahbaz Şərif Pakistanın Azərbaycanla tarixi və qardaşlıq münasibətlərinə sadiqliyini bildirdi və Laçın kimi strateji əhəmiyyətli bir bölgədə olmaqdan məmnunluğunu ifadə etdi. Görüş zamanı tərəflər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq sənədləri imzalandı. Bu əməkdaşlıqlar Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin daha da genişləndirilməsini nəzərdə tutur”-deyən politoloq bildirib ki, bu görüş təkcə diplomatik baxımdan deyil, həm də simvolik olaraq mühüm əhəmiyyət daşıyır.

Nicat İsmayılov qeyd edib ki, Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılan Laçının bu cür yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsi, bölgənin təhlükəsizliyinin və sabitliyinin təmin olunduğunu göstərir: “Laçın təkcə Azərbaycanın deyil, həm də bütün Türk və İslam dünyasının sülh və həmrəyliyinin rəmzinə çevrilir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 May 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri