Icma.az
close
up
RU
Laçında analar üçün milli dəyərlər və icma əlaqələri mövzularında təlimlər keçirildi (FOTO)

Laçında analar üçün milli dəyərlər və icma əlaqələri mövzularında təlimlər keçirildi (FOTO)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi "İşğaldan azad edilmiş ərazilərdə analarla iş” layihəsi çərçivəsində Laçında qadın və ailə yönümlü bir sıra təlimlər təşkil edib. 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçirilən  təlimlərin məqsədi post-münaqişə dövründə ailələrin, xüsusilə anaların psixoloji dayanıqlığını və sosial inteqrasiyasını gücləndirməkdir.

Təlimlər 31 avqustda Laçında "Seyrangah" adlandırılan ərazidə və Həkəri çayının sahilində, təbiət qoynunda keçirilərək başa vurulub. 

Birliyin rəhbəri Sevinc Fədainin verdiyi məlumata görə, təlim proqramında aşağıdakı mövzular əhatə olunub:

Post-münaqişə dövründə psixoloji dayanıqlıq və emosional dəstək. Analara və ailələrə travma sonrası emosional sabitliklərini möhkəmləndirmək üçün psixoloji dəstək və fərdi sessiyalar təqdim olunub. Uşaqların və anaların psixoloji ehtiyaclarını ödəmək məqsədilə art terapiya, oyun terapiyası və qrup məşğələləri keçirilib.

Sağlam ailə mühiti, milli dəyərlər və mənəvi inkişaf. Ailələrdə milli-mənəvi dəyərlərin təşviqi, uşaqların əxlaq prinsipləri ilə böyüməsini dəstəkləyən təlimlər və proqramlar həyata keçirilib. Eyni zamanda, uşaqlarda empati, paylaşma və mənəvi kimliyi formalaşdıran oyunlar, hekayələr və yaradıcı fəaliyyətlər təşkil olunub.

Ailə və icma əlaqələrinin gücləndirilməsi. Ailə ilə icma arasında sosial inteqrasiyanı təşviq edən tədbirlər və maarifləndirmə proqramları reallaşdırılıb. Bu tədbirlər ailə bağlarının möhkəmlənməsinə, icma daxilində sosial harmoniyanın artmasına xidmət edib.

Təlimləri peşəkar təlimçi heyəti -  psixoloq Sevda Alışova-Bəşirli, psixoloq-art terapevt Nərmin Şahverdiyeva, pedqoq-metodist Vüsalə Mustafayeva və pedaqoq-müəllim Gülmira Ələsgərova-Cəfərova həyata keçirib. 

Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara həm praktiki bacarıqlar qazandırıb, həm də psixoloji və sosial dayanıqlığın gücləndirilməsinə töhfə verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri