Laçında dağlıq ərazidə baş vermiş yanğını törətməkdə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər BİRGƏ MƏLUMAT
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.
Qeyd edilib ki, Laçın rayonunun Sus kəndinin sakinləri olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 17 İyul 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















