Icma.az
close
up
RU
Laçında məktəblərdə ilk zəng çalınıb FOTOLAR

Laçında məktəblərdə ilk zəng çalınıb FOTOLAR

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Laçın, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Laçın rayonunda 2026–2027-ci tədris ilinin ilk dərs günü münasibətilə tədbirlər keçirilib.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirlərdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəblərin pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib, onlara təhsildə uğurlar, yeni nailiyyətlər və qarşıdakı tədris ilində müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, hazırda Laçın rayonunda 3 ümumtəhsil tam orta məktəb fəaliyyət göstərir.

Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində 183 şagird təhsil alır. 2026–2027-ci tədris ilində 15 şagird I sinfə başlayıb.

Laçın rayon Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində 112 şagird təhsil alır. Yeni tədris ilində 17 şagird I sinfə başlayıb.

Laçın rayon Sus kənd tam orta məktəbində isə 112 şagird təhsil alır və bu il 18 şagird I sinfə qədəm qoyub.

Qeyd edək ki, 15 Sentyabr Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbi üçün ikiqat əlamətdar tarixdir. Belə ki, 1976-cı ildə fəaliyyətə başlayan məktəb yeni tədris ilini 50 illik yubileyi ilə qarşılayır. Yarım əsrlik fəaliyyət dövründə məktəb Laçının təhsil tarixində özünəməxsus iz qoyub.

Müxbir – Aydın Yavərzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see463

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see338

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see320

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see316

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see314

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see291

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see291

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see288

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see287

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see280

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see275

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see274

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see268

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see264

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see256

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see253

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see249

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see228

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see217

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri