Icma.az
close
up
RU
Laçında yeni su anbarı tikildi: Zəngilan və Qubadlıda 12 min hektar əkin sahəsi suvarılacaq

Laçında yeni su anbarı tikildi: Zəngilan və Qubadlıda 12 min hektar əkin sahəsi suvarılacaq

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Zəngilan və Qubadlıda 12 min hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin ediləcək. Yeni su anbarı və boru xətti tikilib".

Oxu.Az-ın Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən, işğaldan azad olunan ərazilərin bərpası çərçivəsində "Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi" layihəsi həyata keçirilib:

"Layihə çərçivəsində Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşən yeni yaradılmış aqroparklar və digər istifadəçilərə məxsus ümumilikdə 12 100 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə ümumi tutumu 27 milyon kubmetr olan Zabuxçay su anbarı və ondan qidalanan 51.6 km uzunluğunda təzyiqli magistral boru xətti inşa olunub. Zabuxçay su anbarının texniki göstəricilərinə əsasən, bəndin hündürlüyü 61 metr, uzunluğu 502 metr, üstdən eni isə 10 metr təşkil edir. Tikinti zamanı Güləbird Su Elektrik Stansiyasına (SES) aid 1.2 km-lik derivasiya boru xətti, su anbarının bəndi, qəza sutullayıcısı, xidməti bina və ətraf infrastruktur obyektləri də tam şəkildə qurulub. Magistral boru xəttinin ümumi uzunluğu 51 600 metrdir. Bu xətt Zabuxçay su anbarından çıxaraq Həkəri çayının sağ və sol sahillərində yerləşən Qubadlı və Zəngilan rayonlarının əkin sahələrinə su çatdırır. Boru xəttinin su ötürmə qabiliyyəti başlanğıcda saniyədə 6.2 kubmetrdir. Sistem yüksək təzyiqli çiləyici və damcılı suvarma üçün nəzərdə tutulub və tam qapalı suvarma boru sistemi əsasında qurulub".

İ.Quliyev qeyd edib ki, layihənin praktiki nəticələri artıq müşahidə olunur:

"Bu il Zəngilan və Qubadlı rayonlarının ərazisində yerləşən aqroparkların ümumilikdə 2 900 hektar əkin sahəsi Zabuxçay su anbarından suvarma suyu ilə təmin edilib. Bu layihə regionun aqrar inkişafında mühüm rol oynamaqla yanaşı, kənd təsərrüfatında məhsuldarlığın artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsi baxımından da əhəmiyyətli töhfə verir".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 İyun 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri