Icma.az
close
up
RU
Laçının azad olunması Azərbaycan üçün tarixi hadisədir

Laçının azad olunması Azərbaycan üçün tarixi hadisədir

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Möhtərəm Prezidentin 31 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəmcamına əsasən 26 avqust Laçın Şəhəri Günüdür.
Bu münasibətlə başda laçınlılar olmaqla, hər bir soydaşımıza təbriklərimizi çatdırır, bizə bu qüruru yaşadan Azərbaycan Ordusuna və onun müzəffər Ali Baş Komandanına təşəkkür edirik.
Laçının azad olunması Azərbaycan üçün tarixi hadisədir. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurun işğalı məhz Azərbaycanın o zamankı səbatsız və xəyanətkar idarəçiliyinin günahı ucbatından Laçının itirilməsi ilə başlanmışdı. Bu dilbər guşənin düşmən tapdağından xilas olması ilə həm Ermənistan, həm də separatçılar Laçınla bərabər sonuncu murdar ümidlərini itirmiş oldular. Bu mənada, əgər Şuşanın azad edilməsi Azərbaycanın hərbi Zəfəridirsə, Laçının azad edilməsi də Azərbaycanın tarixi hərbi-siyasi qələbəsidir.
İkinci vacib məqam, cənab Prezidentin də dediyi kimi, biz bir güllə atmadan Laçın rayonunu qaytardıq. Baxın, bu qədər strateji əhəmiyyətinə baxmayaraq əgər düşmən öz nəzarətində olan ən vacib məntəqəni Dəmir yumruğun təhdidi altında səssizcə boşaltmağa məcbur oldusa, bu gün Ermənistan, onun havadarları altı il əvvəlki reallığı unutmamalı, Azərbaycanın hərbi-siyasi gücünü bu altı il ərzində daha da artırdığını başa düşərək bizim iradəmizlə hesablaşmalıdırlar.
Laçının azadlığı müjdəsini verərkən, cənab İlham Əliyev qeyd etmişdi ki, bu rayonun Azərbaycanın gələcək iqtisadi inkişaf prosesində mühüm rolu olacaqdır. İşğala son qoyulmasından cəmi 8 ay sonra, 2021-ci ilin avqustunda Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən Laçın Beynəlxalq Hava Limanının, o cümlədən bir sıra infrastruktur layihələrinin təməli qoyuldu. Bu gün isə artıq Laçında laçınlılar yaşayır, Laçın özünün əzəli və əbədi sakinlərinə qovuşaraq tarixi dirçəliş dövrünə qədəm qoyub.
Əlbəttə, bu o deməkdir ki, işğal altında xarabazara döndərən ermənidən fərqli olaraq Azərbaycan Laçına inkişaf və tərəqqi gətirir. Böyük layihələrə start verilməsi, eyni zamanda bu torpaqların əsl sahibi kimi Azərbaycanın və dövlət başçısının iradəsinin göstəricisidir. İndiki məqamda güclü iradə isə Zəfərin davamlılığının əsas təminatıdır.
Bəhruz Məhərrəmov,
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Avqust 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri