Icma.az
close
up
RU
Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir

Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik sərkərdəliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfər nəticəsində 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu bir güllə atılmadan işğaldan azad edildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verildi. Beləliklə, 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın təxminən 30 il sonra azadlığa qovuşdu.  

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədri bildirib ki, böyük strateji əhəmiyyətə malik Laçın rayonu  ölkəmizin tarixi-dini abidələrlə zəngin bölgələrindən hesab olunur. İşğal dövründə rayonun 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəsi vandalizmə məruz qalıb. Mədəniyyət, təhsil, səhiyyə, istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. “Beynəlxalq hüququn tələblərini kobud şəkildə pozan düşmən tərəfindən Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi kimi məkrli siyasət yürüdülüb. Rayonda demoqrafik tərkibin dəyişdirilməsi məqsədilə Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə Laçın rayonunda yerləşdirilməsi kimi qeyri-qanuni əməllər həyata keçirilib”, - deyə Şahin İsmayılov vurğulayıb.

Ölkə başçısının rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə işlərin uğurla aparıldığını deyən komitə sədri azad olunmuş digər ərazilər kimi, Laçın rayonunun da inkişaf dövrünə qədəm qoyduğunu bildirib. Həyata keçirilən tədbirlər təkcə infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda bölgədə sosial rifahın yüksəldilməsi, təhsil, səhiyyə və digər sahələrin inkişafı istiqamətində ardıcıl addımlar atılır. 

Müasir şəhərsalma həlləri əsas götürülməklə Laçının yenidən  inşa olunduğunu qeyd edən Şahin İsmayılov strateji layihələrin həyata keçirilməsinin bölgədə əldə edilən inkişafın parlaq təzahürü olduğunu söyləyib. Xüsusilə Laçın Beynəlxalq Hava Limanının istismara verilməsi bölgənin strateji mövqeyini daha da gücləndirir. Bundan öncə Füzuli və Zəngilanda istifadəyə verilən hava limanları kimi Laçın Beynəlxalq Hava Limanı da bölgənin iqtisadi və turizm potensialının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Həmçinin yaşayış binalarının tikintisi, sosial, yol-nəqliyyat infrastrukturunun yaradılması, iş yerlərinin açılması və digər istiqamətlərdə görülən işlər artıq keçmiş məcburi köçkünlərimizin bir hissəsinin öz doğma torpaqlarına qayıdışını təmin edib. 

Laçın şəhərinin müasir simasının Azərbaycan dövlətinin qüdrətinin göstəricisi olduğunu söyləyən komitə sədri deyib: “Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq, rayonun yol infrastrukturu yenidən qurulur. Bu xüsusda, uzunluğu 75,8 kilometr Kəlbəcər-Laçın avtomobil yolunu uğurla inşa olunur. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Həmçinin bu günədək şəhərdə Laçında 1000-dən çox yaşayış evi tikilib və ya bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Eyni zamanda hazırda şəhərdə 89 fərdi evin, 28 çoxmənzilli binanın, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam etdirilir”. 

Parlamentin komitə sədri bildirib ki, Laçında qısa müddət ərzində icra edilən layihələr, genişmiqyaslı quruculuq işləri nəticəsində bu gün sakinlər “Laçın Şəhəri Günü”nü doğma torpaqlarında böyük coşqu ilə qeyd edirlər. Bütün bunlar Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri