Lalə Şövkətin səhhəti necədir? Oğlundan açıqlama
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin səhhəti yaxşılaşıb.
Bu barədə Qaynarinfo-ya Lalə Şövkətin oğlu Sidqi Hacıyev məlumat verib.
O, Lalə Şövkətin hazırda bağda olduğunu və müalicəsini davam etdirdiyini bildirib:
"Lalə xanım nisbətən yaxşıdır. Hazırda bağdayıq, müalicə olunur. Həkimlərin tövsiyələrinə əməl edirik".
Qeyd edək ki, 2020-ci ildə Lalə Şövkətin səhhətində problemlər yaranıb. Həmin il həkimlər onun yoğun bağırsağında şiş aşkarlayıblar. Lalə Şövkət 2020-ci ilin avqustunda əməliyyat olunub.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir, o, sərbəst... Oğlundan Lalə Şövkətin səhhəti barədə açıqlama
03 Dekabr 2024 14:10
Lalə Şövkətin oğlundan açıqlama: “ALP ləğv olunub, qurultay keçirə bilməz”
02 Yanvar 2025 14:42
Lalə Şövkətin vəziyyəti pisləşdi
03 Dekabr 2024 16:22
Lalə Şövkətin ayaqları tutuldu
03 Dekabr 2024 16:41
Baxış sayı:115
Bu xəbər 10 Avqust 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















