Lamin Yamal İspaniyada ən çox nifrət xarakterli təhqirə məruz qalan futbolçudur
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Barselona”nın hücumçusu Lamin Yamal İspaniya üzrə sosial şəbəkələrdə ən çox nifrət xarakterli təhqirə məruz qalan futbolçu kimi qeydə alınıb.
İdman.Biz xəbər verir ki, İspaniyanın irqçilik və ksenofobiya ilə mübarizə observatoriyası ölkə üzrə futbolçulara və komandalara yönələn nifrət nitqini təhlil edən yeni hesabat yayıb.
Sənədə görə, bütün təhqirlərin 60 faizi məhz Lamin Yamala yönəlib.
Siyahıda ikinci yerdə “Real Madrid”in hücumçusu Vinisius Junior qərarlaşıb - onun payı 29 faizdir. Daha sonra “Real Madrid”in hücumçusu Kilian Mbappe (3 faiz), “Barselona”nın müdafiəçisi Alexandro Balde (2 faiz), “Atletik”in futbolçuları İnaki və Niko Uilyams qardaşları (2 faiz) və “Real Madrid”in yarımmüdafiəçisi Brahim Dias (2 faiz) gəlirlər.
Hesabat sosial şəbəkələrdəki təhqirlərin strukturunu, miqyasını və xarakterini göstərməklə yanaşı, müxtəlif futbolçuların hədəf seçilməsinin səbəblərini də gündəmə gətirib. Xüsusilə Lamin Yamala yönəlik təhqirlərin kəskin üstünlük təşkil etməsi ictimai müzakirələri gücləndirib.
Bununla belə, müşahidəçilər bildirirlər ki, yüksək faizlik göstəriciyə baxmayaraq, Yamalın bu proseslərə reaksiyası daha sakit və balanslı olub - bəzi digər futbolçularla müqayisədə daha adekvat davranması xüsusi vurğulanır.
Baxış sayı:123
Bu xəbər 18 Noyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















