Lamin Yamala pulsuz avtoqraf vermək qadağan olundu
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniya yığma komandasının və "Barselona"nın futbolçusu Lamin Yamal azarkeşlərə pulsuz avtoqraf verə bilməyəcək.
Oxu.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu öz avtoqrafı olan malları (butslar, formalar və digər əşyalar) satacaq bir şirkətlə yeni müqavilə imzalayacaq.
Gənc ulduzun imzası olan unikal malların qiymətini aşağı salmamaq üçün Yamaldan avtoqrafları pulsuz verməmək tələb olunub.
Müqavilə rəsmən bağlanmasa da, tərəflərin ortaq razılıq əldə etdikləri vurğulanır.
Qeyd edək ki, Lamin Yamal "Adidas", "Beats", "Powerade", "Oppo", "Konami" və "Nesquik" də daxil olmaqla bir çox tanınmış brendlərin simasıdır və eyni zamanda, UNICEF-in səfiridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 17 Oktyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















