Land Rover şirkətinə kiberhücum: Zavodlarının fəaliyyəti bir aylıq dayandırıldı
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Kiberhücum nəticəsində zavodlarının fəaliyyətini dayandırmaq məcburiyyətində qalan Britaniyanın "Jaguar Land Rover" avtomobil istehsalçısı bu müddəti 1 oktyabra qədər artırıb.
Oxu.Az bu barədə "Reuters"ə istinadla xəbər verir.
Bildirilir ki, sentyabrın əvvəllərində baş vermiş kiberhücum avtomobil istehsalçısının işini iflic edib, vəziyyət kiçik təchizatçıları da çətin duruma salıb.
Qeyd edilir ki, Böyük Britaniyada "Jaguar Land Rover"in gündəlik istehsal gücü 1 000 avtomobil olan üç zavodu fəaliyyət göstərir. Zavodların işini bərpa edə bilməməsi şirkətə həftədə 50 milyon funt sterlinq (114.9 milyon manat) itkiyə səbəb olur. Zərərçəkmiş müəssisələrdə çalışan 33 min işçinin çoxuna isə evdə qalmaq tövsiyə edilib.
Baxış sayı:79
Bu xəbər 24 Sentyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















