Kiberhücuma görə “Land Rover”ın zavodları bir aylıq bağlandı
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Böyük Britaniyanın “Jaguar Land Rover” avtomobil şirkəti zavodlarının oktyabrın 1-nə qədər bağlandığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb sentyabrın əvvəlində baş vermiş kiberhücumla əlaqədar vəziyyətin davam etməsidir.
Şirkətin məlumatına görə, vəziyyət kiçik təchizatçıların da çətinliklə üzləşməsinə səbəb olub.
Qeyd edək ki, “Jaguar Land Rover” şirkətinin Böyük Britaniyada gündə 1000 avtomobillik istehsal gücü olan üç zavodu var. Bu zavodlar bağlandığı üçün avtomobil istehsalçısı həftədə 50 milyon funt sterlinq itirir. Bu zavodlarda işləyən 33 000 işçinin çoxuna isə evdə qalmaq əmri verilib.
Bu mövzuda digər xəbərlər:“Land Rover” qəza etdi
17 May 2025 23:07
Dərəyə aşan Land Rover yanıb
23 Fevral 2025 11:16
Qarabağ ın futbolçusu həyat yoldaşına Land Rover hədiyyə edib
04 Mart 2025 16:49
Land Rover şirkətinə kiberhücum: Zavodlarının fəaliyyəti bir aylıq dayandırıldı
24 Sentyabr 2025 15:11
Baxış sayı:31
Bu xəbər 24 Sentyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















