Lanqa ÇSKA ilə səfər matçında Qarabağ a kömək edə biləcəkmi? Açıqlandı
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Qarabağ"ın mozambikli müdafiəçisi Bruno Lanqanın son vəziyyətinə aydınlıq gəlib.
Ağdam klubunun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Sofiya ÇSKA-sı ilə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan avrokubok qarşılaşmasının ilk yarısında xəsarət alaraq Elvin Cəfərquliyevlə əvəzlənən arxa xətt oyunçusunun zədəsi ciddi çıxmayıb.
Lanqanın artıq kollektiv məşqlərə qatıldığı və Bolqarıstandakı cavab oyununda komandaya kömək etmək ehtimalının yüksək olduğu bildirilib.
Xatırladaq ki, ötən mövsüm Misli Premyer Liqasındakı mübarizəni 2-ci pillədə başa vuran "Qarabağ" Azərbaycanı UEFA Avropa Liqasında təmsil edir. Turnirin 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) komandasını hər iki matçda 3:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdıran "köhlənlər" 2-ci təsnifat mərhələsinin Bakıda reallaşan birinci duelində ÇSKA (Sofiya, Bolqarıstan) ilə qolsuz bərabərliyə razılaşıb. Tərəflərin Sofiyadakı cavab oyunu iyulun 30-da olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 28 İyul 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















