İbtidai sinifdə artıq bu mövzular keçilməyəcək RƏSMİ
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Təkmilləşdirilmiş riyaziyyat fənn kurikulumunda ehtimal mövzusunun tədrisi ibtidai siniflərdən çıxarılaraq VI sinifdən başlanılıb.
Redaktor.az xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bildirib.
Onun sözlərinə görə, dəyişiklik mövzunun şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsi məqsədilə edilib:
“Təhlillər zamanı ibtidai siniflərdə ehtimal mövzusunun tədrisinə ehtiyac olmadığı qənaətinə gəldik. Bu mövzunun tədrisinin çox uzun müddətə yayılmasına da zərurət yoxdur. Hesab etdik ki, ehtimalın tədrisinə VI sinifdən başlayaraq IX sinifdə onu tamamlamaq mümkündür. Aşağı siniflərdə şagirdlərin bu anlayışı başa düşmədən, sadəcə mexaniki olaraq öyrənməsini məqsədəuyğun hesab etmədik. Buna görə də ehtimal mövzusunun tədrisi VI sinifdən başlayır”.
M.Məhərrəmov bildirib ki, təkmilləşdirilmiş kurikulumda digər mövzuların da siniflər üzrə bölgüsünə yenidən baxılıb.
O qeyd edib ki, kompleks ədədlər mövzusunun tədrisi X sinifdən XI sinfə keçirilib (Azərbaycan müəllimi).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 19 Noyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















