Icma.az
close
up
RU
“Lanus”un SK da ikinci uğuru

“Lanus”un SK da ikinci uğuru

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

final
Lanus - Atletiko Mineyro 0:0, p. - 5:4

Lanus (Argentina): Losada, Peres (Mendes, 103), İskyerdos, Kanale, Marsiç, Medina (Akosta, 119), Kardoso, Salvio (Uotson, 94), Moreno (Ramires, 103), Karrera (Akino, 82), Kastilyo (Bou, 94).
Atletiko Mineyro (Belu Orizonte, Braziliya): Everson, Ruan, Vitor Uqo, Alonso, Roni (Rentso Saraviya, 105), Franko (Aleksander, 87), İqor Qomes, Gilyerme Arana (Kayo Paulista, 87), Bernard (Qustavo Skarpa, 78), Dudu (Byel, 97), Halk.
Penalti seriyası: Bou – 0:0 (qapıçı). Halk – 0:0 (qapıçı). İskyerdos – 1:0. Qustavo Skarpa – 1:1. Marsiç – 2:1. İqor Qomes – 2:2. Akino – 3:2. Byel – 3:2 (qapıçı). Akosta – 3:2 (üst). Everson – 3:3. Kardoso – 4:3. Aleksander – 4:4. Uotson – 5:4. Vitor Uqo – 5:4 (qapıçı).
Vərəqələr: İskyerdos, 71. Halk, 80. Franko, 85 - sarı.
Hakim: Pyero Masa (Çili).
23 noyabr. Asunsyon. 44164 tamaşaçı.
Noyabrın 23-də Cənubi Amerikanın nüfuzuna görə ikinci klub turnirində 2025-ci il mövsümünə yekun vuruldu. Sudamerikana Kubokunun (SK) finalında Argentinanın “Lanus” və Braziliyanın “Atletiko Mineyro” komandaları qarşılaşdı. Həlledici oyun Paraqvayın paytaxtı Asunsyon şəhərindəki “Defensores del Çako” stadionunda keçirildi.

"Football-plus,az" xəbər verir ki, “Lanus” finala 3-cü, “Atletiko Mineyro” ilk dəfə çıxmışdı. 2013-cü ildə turnirin qalibi olan “Lanus” 2020-ci ildə finalda Argentinanın digər klubu “Defensa y Xustisiya”ya uduzmuşdu (0:3). Maraq üçün onu da xatırladaq ki, bir il əvvəl də Asunsyonda keçirilən finalda Argentina və Braziliya təmsilçiləri qarşılaşmış, “Rasinq” 3:1 hesabıyla “Kruzeyro”ya qalib gəlmişdi.
Budəfəki final matçı təxminən bərabər mübarizə şəraitində keçdi. Komandalar hücumdan çox müdafiədə əla təsir bağışladı. Tərəflər 120 dəqiqə davam edən oyun ərzində qapıya eyni sayda - 4 dəqiq zərbə endirdi. Ancaq qapıçılar 8 zərbənin hamısını dəf etdi. Nəticədə uzun sürən finalın qalibi penalti seriyasında müəyyənləşdi. Bu sınaqda 5:4 hesablı üstünlük qazanan “Lanus” 54 yaşlı Maurisio Pelleqrinonun rəhbərliyi altında beynəlxalq turnirdə uğur qazandı.
Beləliklə, finalçı kimi üçüncü cəhdi uğurlu alınan “Lanus” ikinci dəfə SK-nın qalibi oldu. Braziliya klubları isə “Atletiko Mineyro”nun simasında bu turnirdə ardıcıl 4-cü finalda məğlub oldular: əvvəlki üç finalda “Kruzeyro”, “Fortaleza” və “San Paulu” da azarkeşlərini məyus etmişdilər. Maraq üçün onu da qeyd edək ki, əsası 2002-ci ildə qoyulan SK-da ən çox qalib gələn komandalar “Lanus”, “Boka Xuniors”, “İndependyente” (hamısı Argentina), “LDU Kito”, “İndependyente del Valye” (hər ikisi Ekvador) və “Atletiko Paranaense” (Braziliya) azarkeşlərini iki dəfə sevindirib. Bu dəfəki qalib “Lanus”un gələn mövsüm Argentinanı Libertadores Kubokunda təmsil edəcəyini də əlavə edək.
Bombardirlər: D.Moreno (Onse Kaldas) -10, İ.Dias (Universidad Katolika), X.Paredes (Akademika Puerto Kabelyo) - 6.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see366

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see306

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see244

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see225

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see207

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see200

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see187

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see177

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see176

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see174

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see173

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see168

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see161

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see160

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see158

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see158

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see156

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see156

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see155

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri