Icma.az
close
up
RU
Lapaitisi Xocalıda dəhşətə salan məqam: O gecə biz susmalı idik, amma rus komandirlər...

Lapaitisi Xocalıda dəhşətə salan məqam: O gecə biz susmalı idik, amma rus komandirlər...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Erməni terrorçuları və milliyyətçilərinin Xocalıya hücumu zamanı o dövrdə baş qərargahı Beyrutda yerləşən ASALA erməni təşkilatı Rusiyanın peşəkar hərbçilərindən ibarət 366-cı alaydan dəstək aldılar. Belə bir şey müasir tarixdə ağlagəlməz haldır”.

Bu sözləri Globalinfo.az-a Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynamış litvalı hərbi jurnalist Riçardas Lapaitis deyib.

Jurnalist bildirib ki, bu cinayətdə iyirmidən artıq erməni silahlı dəstəsi ilə yanaşı, o zaman MDB-nin Xankəndidə yerləşdirilmiş 366-cı alayı da əsas rol oynadı:

“Monti Melkonyanın başçılıq etdiyi ən qəddar terrorçu təşkilatlardan biri olan ASALA nəinki Sumqayıt hadisələri, hətta 1915-ci il qondarma “erməni soyqırımı”na görə də “qisas” almağı hədəfləyirdi. Təsəvvür edin, Xocalıya hücumda Suriyadan, Orta Asiyadan, Amerikadan, Fransadan və Rusiyadan gələn terrorçularla birlikdə rus əsgərləri də iştirak etdilər. Terrorçular ruslarla bərabər gəzirdilər, bütün bunları görməmək mümkün deyildi, çünki tarixdə nadir hadisədir. Rus əsgərləri erməni cəlladlarına yol açmış, hətta ilk hücumu özləri etmişdilər.

Xocalıya dörd istiqamətdə hücum planlaşdırılmışdı. Hər tərəfdən mühasirədə olan insanları öncədən müəyyənləşdirilmiş yerlərə qovublar ki, orada məhv etsinlər. Gecə saat 11-də uzun müddət blokadadan əziyyət çəkmiş mülki əhaliyə qarşı hücum təşkil edildi. Bu, hərbi cinayətdir. Ermənistanın yalnız o zamanki hakimiyyəti və erməni terrorçuları deyil, 366-cı alayın bütün komandirləri də məhkəmə qarşısına çıxarılmalıdır”.

R.Lapaitisin sözlərinə görə, hətta Xocalının öncədən maketi hazırlanmışdı:

“Həmin maket şəhərə hansı istiqamətdən daxil olmağı və hücum etməyi bilməyə imkan verirdi. Bu, çox ciddi əməliyyat idi. Görün, Xocalı aeroportunun müdafiəsinə başçılıq edən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin könüllü qüvvələrinə qarşı necə bir qüvvə çıxarılmışdı. Onlar səhərədək, dəstənin sonuncu üzvü həlak olana kimi mübarizə aparıblar. Əlif Hacıyev müasir dövrün əsl qəhrəmanıdır.


Riçardas Lapaitis

Xocalı qətliamı miqyasına görə əsrin faciəsidir. Əsirlikdə olanlar isə ayrı bir dəhşətli mövzudur. Əsir düşərgələrində yaşananları heç qorxu filmlərində də görməzsiniz. Mən insanların çarəsiz, tam çıxılmaz durumda olduğunun şahidi oldum. Bir gecədə yüzlərlə insan həyatının məhv olduğununu gördük. Şikəst edilmiş qadın və uşaqlar, barmaqsız, əlsiz-ayaqsız insanlar, donmuş ayaqlar, anaların fəryadı, Ağdam məscidinin həyətindəki yüzlərlə tabut… Sanki bu insanlar heç kimə lazım deyildi. Dünya onlara biganə qalmışdı. Əslində kifayət qədər xeyirxah insanlar da vardı, ancaq onlar susurdu. Şərin qalib gəlməsi üçün biz susmalı, tolerant olmalı, baş verənləri görməzdən gəlməliydik. Təkcə Xocalı deyildi, baxın görün Qaradağlı, Meşəli, Ağdaban faciələrində nələr baş verdi”.

Jurnalist qeyd edib ki, bütün Qarabağda etnik təmizlik olmasına baxmayaraq, heç bir beynəlxalq təşkilat buna reaksiya vermirdi:

“Dünya gözünü yummuşdu, insan həyatı dəyərsiz görünürdü. Cəzasızlıq, qəddarlıq, tunelin sonunda işıq yoxdur… Ola bilsin ki, Xocalının anım günü kimlər üçün isə 26 fevralda bitir, lakin bəzilərinə görə bu faciə 30 il sonra da davam edir. Uşaqlar yetim qaldı, valideynlər övladlarını görmədən dünyadan köçdülər. Onları hardasa yandırıb, torpağa basdırıblar.

Hər dəfə bu hadisə yadıma düşəndə gücümün necə tükəndiyini hiss edirəm. Tədbir günü əlim işə yatmır, hər şey gözünün önünə gəlir. Elə şeylər var ki, onları sözlərlə ifadə etmək olmur.

Xocalı soyqırımının anım günündə bir çox yerli icmalar və diaspora bütün dünyada tədbirlər keçirir. Dünya xeyli dəyişib, çox sayda haqsızlıqlar var. İnsanlar tarixin unudulmamasına çalışır”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Fevral 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri