Icma.az
close
up
RU
Laqarddan sonrakı Avropa

Laqarddan sonrakı Avropa

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Qoca qitə” sərt iqtisadi keçidə hazırdırmı?

Avrozonada son aylar formalaşan müzakirələrin mərkəzində dayanan əsas mövzulardan biri Avropa Mərkəzi Bankı rəhbərliyində mümkün dəyişiklik ehtimalıdır. “Reuters”in Kristina Laqardın tezliklə vəzifədən ayrılacağına dair yayılan xəbərləri Avropanın monetar arxitekturasının gələcək trayektoriyası, fiskal-monetar balansın taleyi və üzv ölkələr arasındakı güc münasibətlərinin yenidən qurulması baxımından ciddi siqnal sayılır.

“Qoca qitə”nin indiki mərhələdə üzləşdiyi inflyasiya təzyiqləri, zəif artım dinamikası fonunda belə dəyişiklik potensial sistem transformasiyasının başlanğıcı ola bilər.

Qısa xatırlatma edək ki, AMB rəhbəri Kristina Laqardın dövrü böhranların ardıcıl şəkildə müşahidə edildiyi bir mərhələ kimi tarixə düşdü. Pandemiya şoku, enerji qiymətlərində sıçrayış, tədarük zəncirlərinin pozulması və geosiyasi risklər səbəbindən AMB həm genişləndirici, həm də sonradan sürətlə sərtləşdirilən monetar siyasət tətbiq etməyə məcbur qaldı. İnflyasiya hədəflərinin aşılması uzun müddət “keçici” amillərlə izah olunsa da, qiymət artımlarının struktur xarakter alması AMB-ni faiz dərəcələrini kəskin artırmağa vadar etdi.

Bununla belə, Laqardın rəhbərliyi ilə qəbul edilən qərarlar həmişə iki ziddiyyətli məqsəd arasında tarazlıq axtarışı kimi görünürdü. Bir tərəfdən qiymət sabitliyi, digər tərəfdən isə borcu yüksək üzv ölkələrin maliyyə sabitliyinin qorunması. Ona görə də bu balans siyasəti indi müzakirələrin mərkəzindədir. Rəhbərlik dəyişikliyi ehtimalının Avrozonada “şimal” və “cənub” yanaşmaları arasındakı klassik fərqləri yenidən aktuallaşdırdığı da müşahidə olunur. Almaniya və fiskal intizam tərəfdarı olan digər ölkələr üçün inflyasiya ilə mübarizə prioritet olaraq qalır və onların baxışına görə AMB-nin etibarlılığı sərt və ardıcıl siyasətlə qoruna bilər. Əksinə, borc yükü yüksək olan ölkələr üçün faizlərin uzun müddət yüksək qalması sosial xərclərin və investisiyaların sıxışdırılması, iqtisadi artımın zəifləməsi deməkdir.

Hazırkı şəraitdə daha sərt monetar xəttin seçilməsi ehtimalı yüksəkdir. Həmin ssenari faizlərin uzun müddət yüksək səviyyədə saxlanılması, balansın sürətli kiçildilməsi və inflyasiya hədəfinə qayıdışın kompromissiz şəkildə təmin edilməsini nəzərdə tutur. Lakin bu yanaşma, eyni zamanda, dövlət borcunun xidmət xərclərini artırır və fiskal dayanıqlıq problemi yaşayan ölkələr üçün əlavə risk yaradır. Bu kontekstdə Fransanın vəziyyəti xüsusi diqqət tələb edir. Fransa son illər artan büdcə kəsiri və dövlət borcu ilə üzləşir. Borcun ÜDM-ə nisbətinin yüksək səviyyədə olması, struktur islahatların gecikməsi və sosial xərclərin çoxluğu fiskal manevr imkanlarını məhdudlaşdırır.

Emmanuel Makronun müəyyən islahat cəhdləri və onların effektivliyi ilə bağlı suallar da qalmaqdadır. Pensiya sistemində dəyişikliklər və əmək bazarının liberallaşdırılması istiqamətində addımlar atılsa da, dövlət xərclərinin struktur optimallaşdırılması sahəsində gözlənilən nəticələr tam əldə olunmayıb. Parisin maliyyə vəziyyəti AMB üçün strateji dilemma yaradır. Çünki bank bir tərəfdən qiymət sabitliyini təmin etməlidir ki, bunun üçün sərt siyasət lazımdır. Digər tərəfdən, Avrozonanın ikinci böyük iqtisadiyyatında borc böhranı riskinin artması ehtimalı yüksəkdir.

Əgər bazarlar Fransanın borc dayanıqlılığına şübhə ilə yanaşmağa başlasa, istiqraz gəlirləri yüksələ, maliyyə fraqmentasiyası təhlükəsi yarana bilər. Belə halda AMB yenidən “antifraqmentasiya” alətlərindən (antifraqmentasiya Avrozonada maliyyə parçalanmasının qarşısını almaq və mərkəzi bankın siyasətinin bütün ölkələrdə eyni təsirlə işləməsini təmin etmək üçün yaradılmış müdafiə mexanizmidir) istifadə etməyə məcbur qala bilər ki, bu da sərt monetar kursla ziddiyyət təşkil edir. Maraqlıdır ki, mövcud vəziyyət daha bir struktur problemi üzə çıxarır. Avrozonada monetar siyasət mərkəzləşdirilmiş, fiskal siyasət isə milli səviyyədə qalır. Sözügedən institusional assimmetriya böhran dövrlərində xüsusilə kəskin hiss olunur. Mərkəzi bank inflyasiya ilə mübarizə apararkən, milli hökumətlər seçici təzyiqi altında genişlənməyə meyilli ola bilirlər. Nəticədə, fiskal-monetar uyğunsuzluq yaranır.

Avropanın iqtisadi çətinliklərinin artmasında struktur rəqabət qabiliyyətinin zəifləməsi, sənaye bazasının enerji xərcləri səbəbindən sıxışdırılması və qlobal texnoloji yarışda geri qalma kimi amillər də mühüm rol oynayır. Lakin dövlət borcunun yüksəlməsi bu problemləri daha da kəskinləşdirir, çünki hökumətlərin strateji investisiyalar üçün maliyyə imkanları məhdudlaşdır. Əgər siyasi rəhbərlik uzunmüddətli struktur transformasiya əvəzinə, qısamüddətli sosial sabitliyi qorumağa üstünlük verərsə, iqtisadi dayanıqlılıq zəifləyir. Makron hökumətinə yönələn tənqidlərin bir hissəsi məhz bu məqamla bağlıdır.

Siyasi legitimliyi qorumaq məqsədilə sosial kompromislərə üstünlük verilməsi, lakin paralel olaraq borc yükünün azaldılması istiqamətində radikal addımların atılmaması Fransa iqtisadiyyatını həssas vəziyyətdə saxlayır. Bu isə Avrozonanın ümumi risk profilinə təsir göstərir. Fransanın iqtisadiyyatın zəifliyi bütün valyuta blokunun maliyyə sabitliyini sual altına qoya bilər. Belə şəraitdə AMB rəhbərliyində dəyişiklik həm bazarlar, həm də siyasi dairələr tərəfindən gələcək kursun göstəricisi kimi şərh olunur.

Əgər yeni rəhbərlik daha monetar mövqe sərgiləsə, Avrozonada fiskal intizamın gücləndirilməsi üçün siyasi təzyiq arta bilər. Əks halda, inflyasiya riskləri ilə bağlı etimad problemi yarana bilər. Hər iki ssenari kompromis tələb edir və bu kompromisin hansı formada qurulacağı Avropanın iqtisadi gələcəyini müəyyənləşdirəcək.

Yeganə HACIYEVA,
politoloq

Emmanuel Makronun uğursuz siyasi və iqtisadi siyasəti təkcə Fransanın deyil, ümumilikdə Avropa İttifaqının gələcəyi üçün ciddi risklər formalaşdırıb. “İqtisadi islahatlar” adı altında atılan addımlar mövcud vəziyyəti dəyişmir, uğurlu strategiya təsiri bağışlamır.

Avropanın iqtisadi dairələrində tanınmış ekspertlər dəfələrlə vurğulayıblar ki, irəli sürülən ideyalar qısamüddətli effektə hesablanıb və məhdud biznes çevrələrinin maraqlarına xidmət edir. Bu baxımdan, onları Aİ-nin uzunmüddətli və inklüziv inkişaf strategiyası kimi qiymətləndirmək olmaz. Oxşar meyillər Fransa daxilində də özünü göstərir. Sosial həssas təbəqələrin iqtisadi yükünün artması, yüksək gəlirli qrupların və iri kapital sahiblərinin mövqelərinin daha da möhkəmlənməsi cəmiyyətdə balansın pozulması riskini yaradır. Sosial və iqtisadi sahələrdə planlaşdırılan digər dəyişikliklər bu disbalansı daha da dərinləşdirə bilər.

Makronun prezidentliyə namizədliyi dövründə müəyyən iqtisadi dairələrin dəstəyi ilə ön plana çıxmasına şübhələr yaranmışdı. İndiki təşəbbüslərinin də həmin çevrələrin maraqları ilə uzlaşdığını ehtimal etmək olar. Mümkün çıxış yollarından biri kimi daha balanslı və milli iqtisadi maraqları nəzərə alan siyasətin tətbiqi ola bilərdi. Bu yanaşma hər bir ölkənin öz sənaye potensialını, kənd təsərrüfatı, enerji təhlükəsizliyi və daxili bazarı qorumağa və gücləndirməyə yönəlmiş addımlar atmasını nəzərdə tutur.

Eyni zamanda, sosial ədalət prinsiplərinin qorunması, orta təbəqənin möhkəmləndirilməsi və kiçik–orta sahibkarlığın dəstəklənməsi iqtisadi artımın daha dayanıqlı olmasına şərait yarada bilər. Milli iqtisadiyyatların sağlam əsaslar üzərində inkişafı isə bütövlükdə regional və beynəlxalq inteqrasiya proseslərində daha güclü və rəqabətqabiliyyətli mövqe formalaşdırmağa imkan verər.

Üzv ölkələrin daxili iqtisadi dayanıqlılığını gücləndirməsi, istehsal və rəqabət qabiliyyətini artırması ümumi iqtisadi potensialın möhkəmlənməsinə xidmət edə bilər. Əks halda, dar qrupların maraqlarına üstünlük verən və üzv ölkələrin sosial-iqtisadi reallıqlarını yetərincə nəzərə almayan mərkəzləşdirilmiş qərarlar nə qısamüddətli, nə də uzunmüddətli perspektivdə arzu olunan nəticəni verəcək.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see299

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri