Laşa Abaşidze: Gürcüstan qonşu ölkələrlə elektron gömrük rəsmiləşdirilməsinin tətbiqi üzərində fəal iş aparır
Icma.az bildirir, Azertag portalına istinadən.
Tbilisi 22 oktyabr, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu xətti çox mühüm regional və qlobal əhəmiyyətə malik olan böyük layihədir. Bu layihənin əsas üstünlüyü onun Orta Dəhliz boyu yerləşən ölkələr üçün birbaşa bağlantı yaratmasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gürcüstan qonşu ölkələrlə elektron gömrük rəsmiləşdirilməsinin tətbiqi üzərində fəal iş aparır.
"Bu yeniliyin tətbiqi ilə dəmir yolu ilə Azərbaycandan Qara dəniz limanlarına qədər yüklərin daşınması müddəti 22-24 saatdan 12 saata endiriləcək. Gürcüstanda dəmir yolu xəttlərinin modernləşdirilməsi prosesi başa çatdırılıb. Bu, həm daşınan yüklərin həcminin artmasına, həm də hərəkətin sürətinin yüksəldilməsinə və vaxtın qısalmasına imkan verəcək", - deyə L.Abaşidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















