Latif Akça: TDT Qarabağın azadlığından sonra başlanan yeni dövrdə fəal rol oynayır
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 24 noyabr, AZƏRTAC
Qarabağ qalibiyyəti hamımızın Zəfəridir. Bu gün Türk Dövlətləri Təşkilatı Qarabağın azadlığından sonra Azərbaycanın rəhbərliyi ilə başlanan yeni dövrdə də fəal rol oynayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin məsləhətçisi və “Denktaş Dərnəyi”nin rəhbəri Latif Akça bildirib.
O qeyd edib ki, bu gün onlar 10-a yaxın QHT və dövlətin vacib strukturları ilə birgə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda iştirak edirlər: “Bu birlik digər 8 türk dövləti ilə birgə davam edəcək və biz böyük Türk birliyinin daimi üzvü olacağıq”.
Latif Akça bildirib ki, xüsusilə dil, din və ticarət sahələrində birliyin daha da güclənməsi gözlənilir. Onun sözlərinə görə, yeni dövrdə Türk Dövlətləri Təşkilatı fəaliyyətində sülh prinsipini əsas götürür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 24 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















