Icma.az
close
up
RU
Latın musiqisinin ritmini dünyaya tanıdan kolumbiyalı ulduz Şakira kimdir? VİDEO

Latın musiqisinin ritmini dünyaya tanıdan kolumbiyalı ulduz Şakira kimdir? VİDEO

Icma.az bildirir, Olke.az portalına istinadən.

Şakira təkcə Kolumbiyanın deyil, bütün Latın Amerikasının musiqi səhnəsinin ən parlaq ulduzlarından biridir. O, 1977-ci il fevralın 2-də Kolumbiyanın Barrankilya şəhərində dünyaya gəlib. Əsl adı Şakira İsaabel Mebarak Ripolddur. Müxtəlif musiqi janrlarını ustalıqla birləşdirən tərzi, özünəməxsus səs tembri, heyranedici rəqs bacarığı və enerjili səhnə çıxışları sayəsində o, qısa müddətdə bütün dünyanın diqqətini üzərinə çəkib. Şakira həm Latın, həm də beynəlxalq musiqi aləmində yenilikçi ruhu, fərqli üslubu və dinamik obrazı ilə seçilir.

Şakiranın atası livan əsilli, anası isə kolumbiyalıdır. Onun musiqiyə marağı çox erkən yaşlarından özünü göstərib. Hələ altı yaşında ilk mahnısını bəstələyən, səkkiz yaşında isə ilk şeirini yazan Şakira gənclik illərində müxtəlif musiqi festivallarında çıxış edib və bir sıra müsabiqələrdə qalib olub. O, cəmi 13 yaşında olarkən ilk studiya albomu “Magia”nı dinləyicilərə təqdim edib.

Bu albom kommersiya baxımından böyük uğur əldə etməsə də, Şakiranın gələcək musiqi karyerasının təməlini qoydu. Ardınca o, “Peligro” adlı növbəti albomunu çıxardı. Lakin Şakiranın əsl şöhrət qazanması 1995-ci ildə yayımlanan “Pies Descalzos” (“Çılpaq Ayaqlar”) albomu ilə baş verdi. Bu albomdakı “Estoy Aquí”mahnısı Latın Amerikası və İspaniyada onun geniş tanınmasında həlledici rol oynadı.

Şakira 140 milyon dollarlıq xalis sərvəti ilə dünyanın ən varlı latın pop müğənnilərindən biridir. O, ən çox albom satan kolumbiyalı sənətçidir. “Hips Don’t Lie” mahnısı bu günə qədər 10 milyon nüsxə satılaraq son on ilin ən çox satılan mahnılarından biri olub. 2010-cu ildə səsləndirdiyi Dünya Kubokunun rəsmi mahnısı “Waka Waka” isə 5 milyon nüsxə satılaraq, dünya kuboku tarixinin ən çox satılan mahnısı kimi qeydə alınıb. Həmçinin bu mahnının klipi "youtube" platformasında 900 milyondan çox baxış toplayıb.

Şakira spirtli içkilər və qəhvə içmir, lakin şokoladı çox sevir. O, bir müsahibəsində belə deyir: “Əgər bir şokoladdan daha yaxşı bir şey varsa, o da daha çox şokoladdır.”

Şakira yalnız musiqiçi kimi deyil, həm də xeyriyyəçi, ictimai fəal və BMT-nin xoşməramlı səfiri kimi tanınır. O, Kolumbiyada aztəminatlı uşaqların təhsili və rifahını dəstəkləmək məqsədilə

“Pies Descalzos” Fondunu yaradıb. Şakiranın xeyriyyəçilik fəaliyyəti təkcə Kolumbiyada deyil, bütün Latın Amerikası ölkələrində yüksək dəyərləndirilir.

Müğənni 2011-ci ilin əvvəlindən 2022-ci ilə qədər ispan futbolçu Jerar Pike ilə münasibətdə idi. Onlar 11 illik vətəndaş nikahından sonra ayrılıblar. İki oğlu var. Cütlük 2022-ci ilin yayında ayrılıb. Buna səbəb futbolçunun müğənniyə xəyanət etməsi olub.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Oktyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri