Latviya XİN: Türkiyənin beynəlxalq aləmdəki rolunu çox müsbət qiymətləndiririk
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin beynəlxalq aləmdəki rolunu çox müsbət qiymətləndiririk.
Bakıvaxtı.az xəbər verir ki, bunu NATO xarici işlər nazirlərinin iclasında iştirak etmək məqsədilə Türkiyənin Antalya şəhərində səfərdə olan Latviyanın xarici işlər naziri Bayba Braje "CNN Türk"ə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək konstruktiv mövqe ortaya qoyur: “Türkiyə bir çox məsələdə, o cümlədən əsirlərin mübadiləsində və danışıqlarda mühüm rol oynayır”.
Nazir, həmçinin qeyd edib ki, Ankara NATO-nun mühüm tərəfdaşıdır: “Xəritədən də məlum olur ki, bütün cənub qanadımız Türkiyədir. Məsafə baxımından uzaq olmağımıza baxmayaraq, Türkiyə bizim üçün də çox önəmlidir. Türkiyə böyük gücdür”.
Diplomat, həmçinin müdafiə sənayesi sahəsində rəsmi Ankara ilə əməkdaşlığın inkişafından danışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 15 May 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















