Lautaro Martinez Milan derbisini buraxa bilər
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 15 oktyabr, AZƏRTAC
İtaliyanın “İnter” klubunun kapitanı və hücumçusu Lautaro Martinez zədələnib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı argentinalı futbolçu Rozzano şəhərindəki Humanitas İnstitutunda tibbi müayinələrdən keçib. Müayinələrin nəticələrinə əsasən, onun sol budunun arxa əzələlərində dartılma aşkarlanıb.
Lautaro Martinez UEFA Çempionlar Liqasının “Brügge” ilə matçında zədələnib. Həmin görüşdə hücumçu iki qol vurub.
Klub futbolçunun yaşıl meydanlara qayıdacağı dəqiq vaxtı açıqlamayıb.
“Sky Sport”un məlumatına görə, argentinalı hücumçu yalnız noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra meydana qayıda biləcək. Bu isə onun oktyabrın 31-də “Milan”a qarşı keçiriləcək derbidə iştirak etməyəcəyi deməkdir.
Qeyd edək ki, Lautaro Martinez cari mövsümdə “İnter”in heyətində keçirdiyi 7 oyunda 6 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 15 Oktyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















