Lavrov ABŞ dan İran tərəfinə heç bir mesaj ötürməyib İran XİN
Icma.az bildirir, Manset saytına əsaslanaraq.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-dən İran tərəfinə heç bir mesaj çatdırmayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
"Lavrov bizə Rusiyanın ABŞ ilə danışıqları, eləcə də region ölkələri ilə digər təmasları barədə ətraflı danışdı. Lakin bu görüşdə ABŞ-dən heç bir mesaj olmadı və hansısa mesajın veriləcəyi ilə bağlı heç bir razılaşma olmadı". - deyə Əraqçi İran hökumətinin iclasından sonra jurnalistlərə bildirib.
İran Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, İslam Respublikası uzun illərdir ki, Amerikanın sanksiyaları altındadır.
Qeyd edək ki, fevralın 25-də Lavrov Tehranda iranlı həmkarı və İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparıb. Əraqçı ilə görüşdən sonra Lavrov bildirib ki, Ər-Riyadda Ukrayna ilə bağlı Vaşinqtonla təmaslar barədə İran tərəfini məlumatlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 26 Fevral 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















