Icma.az
close
up
RU
Lavrov ABŞ və İsraili tənqid etdi: İrandakı dinc nüvə obyektlərinə edilən hücumlar...

Lavrov ABŞ və İsraili tənqid etdi: İrandakı dinc nüvə obyektlərinə edilən hücumlar...

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail və ABŞ-ın İrandakı dinc nüvə obyektlərinə həyata keçirdiyi hücumların Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini pozduğunu bəyan edib.

Sitat.info xəbər verir ki, Lavrov bunun üçün heç bir əsas olmadığını deyib.

 Lavrov iki ölkənin İrana qarşı hücumlarını tənqid edib: "İsrail və ABŞ-ın İrana qarşı güc tətbiq etməsi səbəbindən Yaxın Şərqdə gərginlik artıb. İrandakı dinc nüvə obyektlərinə edilən hücumlar BMT Nizamnaməsinə və qətnamələrinə, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qətnamələrinə ziddir" .

Lavrov bildirib ki, İsrail və ABŞ-ın hərəkətləri Yaxın Şərqdəki sabitliyi pozur və bunun qlobal təhlükəsizlik və iqtisadiyyat üçün mənfi nəticələri ola bilər.

ABŞ prezidenti Donald Trampın elan etdiyi İsrail-İran atəşkəsini dəyərləndirən Lavrov bunları deyib:

"Bununla bağlı nəsə demək çətindir. Tramp razılaşma və sülhün əbədi olaraq əldə olunduğunu açıqladı. Amerikalıların İsraili qeyri-müəyyən atəşkəsə razılaşmağa inandırdığı və Qətərli dostlarımızın Tehrana qarşı da oxşar rol oynadığı bildirilir. Əgər belə bir razılaşma olarsa, biz bunu alqışlayardıq. Bununla belə, atəşkəs razılığa gəlmədiyi üçün İsrail və İranın bir-birinə hücum etdiyi barədə məlumatlar var". 

Daha əvvəl ABŞ, İsrail və İranla təmaslarında problemin həlli üçün bəzi təkliflər verdiklərini ifadə edən Lavrov bunların müsbət qarşılandığını, ancaq bunların həyata keçirilməsi üçün heç bir addım atılmadığını deyib. Lavrov bildirib ki, Rusiyanın təklifləri fikir ayrılıqlarının aradan qaldırılmasını nəzərdə tutur və real həll yolunu ehtiva edir.

Məğrur,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sitat.info
archiveBu xəbər 24 İyun 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see342

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see315

Formula 1 ə görə bağlanan bütün yollar açıldı

22 Sentyabr 2025 09:50see185

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see140

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see138

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see137

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see132

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see128

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see125

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see124

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see123

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see123

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see121

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see120

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see118

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri