Lavrov: Bu, Cənubi Qafqaz və Xəzər regionunda sabitliyə xidmət edəcək
Reyting.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovu ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə təbrik edib.
Bu barədə Rusiya XİN-nin mətbuat xidməti məlumat yayıb.
S. Lavrov qeyd edib ki, ötən onilliklər ərzində dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan iki ölkə arasındakı münasibətlər möhkəmlənib və inkişaf etməkdə davam edir, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlər etimada əsaslanır.
Rusiyalı nazir onun rəhbərlik etdiyi qurumun Azərbaycan XİN ilə əməkdaşlığın davam etdirilməsinə yönəldiyini vurğulayıb: "Əminəm ki, beynəlxalq platformalarda fəaliyyətlərin koordinasiyası və qarşılıqlı dəstək, MDB və regional formatlar çərçivəsində səmərəli əməkdaşlıq qarşılıqlı faydalı razılaşmaların həyata keçirilməsinə, Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək"
Bu mövzuda digər xəbərlər:Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda əsas aktordur Məmməd Əhmədzadə
21 May 2025 11:30
Prezident İlham Əliyev: Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq
20 Fevral 2025 18:18
Çinlə enerji əlaqələrinin inkişafı Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda rolunu gücləndirir
13 Fevral 2025 14:49
Lavrov Mirzoyanla Cənubi Qafqazı müzakirə edəcək
21 Yanvar 2025 06:20
Baxış sayı:92
Bu xəbər 04 Aprel 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















