Lavrov bütün Avrasiya üçün vahid təşkilat yaratmağı təklif edib
Icma.az bildirir, Sia Az portalına istinadən.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mürəkkəb problemlərin həlli üçün Avrasiya regionunda vahid strukturun yaradılmasının zəruriliyini bəyan edib.
SİA xəbər verir ki, bu barədə “Russia Today” məlumat yayıb.
…Biz belaruslu və digər həmfikirlərimizlə yeni Avrasiya arxitekturasının modelini təbliğ etmək üçün işi davam etdiririk, - deyə Lavrov bildirib.
Nazir qeyd edib ki, Afrika regionu və Latın Amerikasından fərqli olaraq Avrasiya məkanında heç bir pankontinental təşkilat yoxdur.
Bununla bağlı Lavrov Avrasiya ərazisində belə bir strukturun yaradılmasının vacibliyini vurğulayıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya yeni dünya düzəninin qurulması üzrə dialoqa hazırdır.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 24 Mart 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















