Icma.az
close
up
RU
LAVROV İRƏVANDA, SBİQA BAKIDA... Nə baş verir?

LAVROV İRƏVANDA, SBİQA BAKIDA... Nə baş verir?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Bu siyasətin əsas prinsipi balans deyil, suverenlikdir”

Ukrayna xarici işlər nazirinin Azərbaycana səfəri və bu çərçivədə baş tutan yüksək səviyyəli görüşlər regional geosiyasi dinamikanın dəyişdiyini göstərir. 

Siyasi ekspert Ramiz Yunus bu səfəri Azərbaycanın milli maraqlara əsaslanan prinsipial xarici siyasətinin təzahürü kimi dəyərləndirir.

Ekspertin fikrincə, Azərbaycan istər Rusiya, istərsə də Qərb ilə münasibətlərində öz maraqlarını əsas götürür: “Rəsmi Bakı xarici siyasətində balans siyasətindən deyil, suverenlik prinsipindən çıxış edir. Azərbaycanın mövqeyi konkret və prinsipialdır”.

Ramiz Yunus Ukrayna XİN rəhbərinin Bakıya səfərini Azərbaycanın beynəlxalq arenadakı müstəqil və təsirli mövqeyinin sübutu hesab edir. O, həmçinin Azərbaycanla Ermənistanın yanaşmalarını müqayisə edərək bildirir: “Azərbaycan Prezidenti İlham Əliyev 9 Mayda Moskvaya getməkdən imtina etdi. Halbuki, “qərbyönlü” Paşinyan həmin tədbirdə iştirak etdi. Bu fakt hər şeyi açıq şəkildə göstərir”.

Yunus hesab edir ki, Ermənistanın həm Qərb, həm də Moskva arasında tərəddüdlü siyasəti onun regional aktora çevrilməsinə mane olur. 

O, Lavrovun eyni vaxtda İrəvana, Ukrayna XİN rəhbərinin müavini Andrey Sbiqanın isə Bakıya səfərini təsadüfi saymır: “Bu səfərlər əslində iki fərqli siyasi kursu təmsil edir – Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə açıq dəstəyi və Ermənistanın hələ də Rusiyadan asılı, ziddiyyətli münasibətlər sistemi”.

Ramiz Yunus eyni zamanda Ukrayna daxilindəki bəzi dairələrin Azərbaycana və Türkiyəyə qarşı qeyri-obyektiv yanaşmasına da toxunur: “Ümid edirəm ki, bu səfər və Azərbaycanın aydın mövqeyi nəhayət, Ukraynada anti-Azərbaycan və anti-Türkiyə təbliğatı aparan bəzi qrupların da gözünü açacaq”.

Onun fikrincə, bu qruplar ermənipərəst narrativlər yayaraq, əslində Ukraynanın real maraqlarına zərbə vururlar: “Onlar guya Qərb dəyərlərinə xidmət etdiklərini iddia edirlər, amma əslində Ukraynanı bugünkü faciəyə aparan geosiyasi səhvləri təkrarlayırlar”.

Ramiz Yunus fikirlərini Fridrix Nitsşenin məşhur sitatı ilə tamamlayır: “Bəzən insanlar həqiqəti eşitmək istəmirlər, çünki illüziyalarının dağılmasından qorxurlar”.

Rasim Əliyev 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 May 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri