Lavrov şərti açıqladı “Əməliyyatlar bu halda dayandırılacaq”
Icma.az, Hurriyyet-ə istinadən bildirir Lavrov şərti açıqladı “Əməliyyatlar bu halda dayandırılacaq”.
Rusiya həm Ukrayna, həm də Avropa ilə danışıqlara hazırdır, amma hərbi əməliyyatlar yalnız nəticə Rusiyanı qane edəcək halda dayandırılacaq.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra deyib.
Həmçinin Lavrov qeyd edib ki, ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi, Avropadan fərqli olaraq, ardıcıldır:
“ABŞ-nin mövqeyi ardıcıldır. Qarşı tərəfin (Ukrayna) bəzi istəklərini ciddi qəbul etmirik. Biz hamı ilə danışıqlara hazırıq. Bu qarşıdurma yalnız o zaman dayanacaq ki, bu münaqişədən qəti nəticə çıxacaq, yəni Rusiya tərəfini qane edən nəticə əldə olunacaq”.
Rusiyalı nazir vurğulayıb ki, baş vermə səbəbləri aradan qaldırılmadıqca, müharibənin bitməsi mümkün deyil.
Teleqraf.az

