“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 13 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dövlət proqramlarının icraçısı olan qurumlar üçün “e-monitorinq” portalının “Layihə idarəetməsi” modulunun tətbiqi və istifadə qaydalarına dair təlimlərə start verib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, təlimlərin məqsədi mərkəzin monitorinqini və qiymətləndirilməsini apardığı dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr üzrə hesabatların keyfiyyətini yüksəltmək və aidiyyəti dövlət qurumlarına metodiki dəstək göstərməkdir.
İlk təlim günündə Baş Prokurorluq, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, eləcə də Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər, Energetika, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, İqtisadiyyat və Fövqəladə Hallar nazirliklərinin nümayəndələri iştirak ediblər.
İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova iştirakçılara modulun məqsədi, funksional imkanları və tətbiqinin növbəti mərhələləri barədə ətraflı məlumat verib. Sonra Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdirləri Elşən Yusifli və Arzu Süleymanov beynəlxalq layihə idarəetməsi metodologiyalarına əsaslanan modulun dövlət proqramlarının icrasını operativ izləməyə imkan verdiyini vurğulayıb, PMI standartlarına əsaslanan fiziki və maliyyə icra göstəricilərini, EVM metodologiyasını və OECD/DAC qiymətləndirmə meyarlarını təqdim ediblər. Həmçinin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” nümunəsində modul üzrə hesabatların hazırlanması qaydaları və kəmiyyət-keyfiyyət təhlili üzrə yanaşmalar izah edilib.
Strateji planlaşdırma şöbəsinin əməkdaşı Könül Bədəlova isə modul üzrə iş axını, məlumatların təqdimetmə müddətləri, rüblük hesabatlılıq tələbləri, görülmüş işlərin dolğun əks etdirilməsi, risklərin və maliyyə mənbələrinin düzgün göstərilməsi barədə məlumat verib.
Tədbir çərçivəsində modulun portalda tətbiqi əyani şəkildə nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Beş gün davam edəcək təlimlərdə 46 dövlət qurumunun nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, “Layihə idarəetməsi” modulu strateji sənədlərin, o cümlədən dövlət proqramlarının monitorinqinin və qiymətləndirilməsinin fasiləsiz, operativ və şəffaf aparılması üçün hazırlanıb. Modul məlumatların mərkəzləşdirilməsinə, hesabatlılığın artırılmasına, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə və məlumatlara əsaslanan qərarların qəbuluna xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 13 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















