Putinin yaxın adamı Trampın oğlu ilə Monqolustanda ova gedib FT
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kremlə yaxınlığı və cinayət keçmişi ilə tanınan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov ABŞ Prezidenti Donald Trampın oğlu Donald Con Trampla yaxın münasibətlər qurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
İddiaya görə, Kremlyov onun toy xərclərini ödəyib, daha sonra isə onunla birlikdə Monqolustanda ova gedib.
Bildirilir ki, Con Tramp Monqolustanda təxminən bir həftə keçirib və dünyanın ən böyük qoyun növlərindən biri sayılan, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş Altay arxarını ovlayıb.
FT-nin təhlil etdiyi uçuş məlumatları, sosial şəbəkə paylaşımları və digər açıq mənbələrə, eləcə də bələdçilərin və monqol rəsmilərinin açıqlamalarına görə, Kremlyov avqustun 27-də Qazaxıstanda IBA-nın mətbuat konfransından sonra çarter reysi ilə Ulan-Batora uçub. Daha sonra helikopterlə Con Trampın düşərgəsinə gedib. Onu ABŞ sanksiyaları altında olan “Vosxod” vençur fondunun tərəfdaşı Artur Martirosov müşayiət edib. Ovdan sonra Kremlyov IBA-nın döyüş tədbirində iştirak etmək üçün Yakutska yollanıb.
Sentyabrda məlum olub ki, Kremlyov may ayında Baham adalarında keçirilən Con Tramp və Bettina Andersonun toyunda da iştirak edib. “ProPublica”nın araşdırmasına görə, o, özəl adanın icarəsi, atəşfəşanlıq və yüz minlərlə dollara çatan digər xərcləri ödəyib. Anderson Kremlyovu “əziz dost” adlandıraraq onun yeni evlənənlərə səxavətli toy hədiyyəsi verdiyini bildirib.
Məlumat yayılandan sonra Con Tramp Kremlyovun ödədiyi pulu geri qaytarıb. Donald Tramp isə dostunun tədbir xərclərini ödəməsində qanunsuz heç nə olmadığını deyib.
Con Trampın nümayəndəsi “Financial Times”a bildirib ki, onların münasibətləri işgüzar deyil, şəxsi dostluğa əsaslanır. O deyib ki, onları ovçuluqla maraqlanan ortaq tanışları bir araya gətirib. Nümayəndənin sözlərinə görə, dostları ov, balıqçılıq və təbiətdə istirahət sevgisi birləşdirir.
Əsl adı Umarali Lutfulloyev olan Kremlyovun Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələri olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:Monqolustanda güclü ZƏLZƏLƏ
10 Noyabr 2024 09:49
Putinin adamı Trampın fotosunu o mahnı ilə paylaşdı VİDEO
19 Avqust 2025 11:28
ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib
27 Oktyabr 2026 15:11
Baş prokurorun müavini Monqolustanda
06 İyun 2025 10:21
Monqolustanda güclü zəlzələ oldu
10 Noyabr 2024 07:18
Baxış sayı:133
Bu xəbər 27 Oktyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















