Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Nüfuzlu "The Athletic" nəşrinin mütəxəssisləri dünya futbolunun ən çox qiymətləndirilməyən oyunçularının siyahısını hazırlayıblar.
QOL.az xəbər verir ki, siyahıda ümumilikdə 18 futbolçunun adı yer alıb. Mütəxəssislərin fikrincə, bu oyunçular göstərdikləri performansla müqayisədə layiq olduqları diqqəti görmürlər.
Siyahının ilk pilləsində "Real"ın yarımmüdafiəçisi Federiko Valverde qərarlaşıb. Ondan sonra müvafiq olaraq Harri Maquayr ("Mançester Yunayted") və Bernardu Silva ("Mançester Siti") gəlirlər.
Siyahıda həmçinin Harri Keyn, Maykl Olise (hər ikisi "Bavariya"), Joau Neveş (PSJ), Viktor Osimhen ("Qalatasaray") və Yurrien Timberin ("Arsenal") də adları var. Siyahının sonunda isə "Mançester Siti"nin müdafiəçisi Abdukodir Xusanov yer alıb.
Qeyd edək ki, "Bavariya" 3 futbolçu ilə siyahıda ən çox təmsil olunan klubdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 Mart 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















