Icma.az
close
up
RU
Laza kəndində selin gətirdiyi palçıq axının evlərə dolmasının qarşısı alınıb

Laza kəndində selin gətirdiyi palçıq axının evlərə dolmasının qarşısı alınıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qusar, 26 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Qusarın Laza kəndində daş-palçıq qarışıqlı sel sularının evlərə dolmasının qarşısı alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laza kəndinin mərkəzindən keçən çayda daş-palçıq qarışıqlı axın sentyabrın 22-si səhər saatlarından müşahidə olunur. Kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən tökülən palçıq axını kənd ərazisindəki körpünü və yolu basıb, evlərin həyətlərinə dolub. Bir neçə gün davam edən palçıq axını ötən gündən başlayaraq nisbətən azalıb.

“Üç gündür çaya sel gəlir. Kənddə bir neçə evi, çörək bişirən yeri, mağazanı su basıb. Bəzi evlərin sakinləri təxliyə olunub, evdəki avadanlıqları çıxarıblar”,-deyə Laza kənd sakini Sərxan Ağakişiyev bildirib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun sözlərinə görə, sellə gələn palçıq qatı 10 ev üçün təhlükə yaradıb. Bununla əlaqədar 3 evin sakinləri müvəqqəti olaraq başqa yerə köçürülüb. Əraziyə texnikalar cəlb olunaraq, çay məcrasının təmizlənməsi, bəndlərin qurulması və palçıq axının istiqamətləndirilməsi işləri aparılıb.

“Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri nəzarət edir və fəsadların aradan qaldırılması üçün tədbirlər görülür”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Laza kəndi əcnəbi və yerli turistlər arasında məşhurdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see488

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see216

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see202

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see163

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see133

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see132

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see132

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see129

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see126

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see126

“Aynadaki yabancı” da uğursuz oldu

09 Noyabr 2025 14:17see124

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see123

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see122

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see120

Xabi Alonso: “Rayo Valyekano” yaxşı formadadır, bizi çətin oyun gözləyir”

09 Noyabr 2025 05:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri