Icma.az
close
up
RU
Le Penə hökm çıxaran hakim ölümlə hədələndi: 76 yaşlı kişi...

Le Penə hökm çıxaran hakim ölümlə hədələndi: 76 yaşlı kişi...

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Parisdə ifrat sağçı siyasətçi Marin Le Peni siyasi fəaliyyətlərdən uzaqlaşdıran hakimi ölümlə hədələdiyi iddia edilən 76 yaşlı kişi saxlanılıb. 

“Cebheinfo.az” xəbər verir ki, Fransada Marin Le Penə Avropa İttifaqının (Aİ) vəsaitlərindən qeyri-qanuni istifadə ittihamı ilə siyasətə beş illik qadağa qoyan hakimi ölümlə təhdid edən şəxs barəsində istintaq aparılır. Bobigny Respublika Prokurorluğu bu gün yaydığı açıqlamada saxlanılan şəxsin 76 yaşlı kişi olduğunu təsdiqləyib. Lakin onun adı açıqlanmayıb. İlkin məlumatlara görə, şübhəli şəxs “X” sosial media platformasında gilyotinin fotosunu paylaşaraq, Le Penə hökm çıxaran hakim Benedikt de Perthuisin bu cəzaya “layiq olduğunu” yazıb. 

Hakimin ev ünvanı internetdə yayımlandıqdan və ölüm təhdidləri aldıqdan sonra polis mühafizəsinə götürülüb. Onun fotoları da sosial şəbəkələrdə və ifrat sağçı internet resurslarında paylaşılıb. Sözügedən paylaşımı edən şəxs aprelin 8-i, yerli vaxtla saat 10:30 radələrində Parisin La Garenne-Colombes rayonunda saxlanılıb. 

Prokurorluğun məlumatına əsasən, o, ölümlə hədələmə, ədliyyə məmuruna hörmətsizlik və itaətsizlik ittihamları ilə saxlanılıb. Qeyd edək ki, mart ayında hakim Benedikt de Perthuis ifrat sağçı Milli Ralli (RN) partiyasından olan 20-dən çox siyasətçini, o cümlədən Marin Le Peni qanun pozuntuları və Aİ vəsaitlərinin mənimsənilməsi ittihamı ilə məhkum etmişdi. Hakimin qərarına əsasən, Le Penin 5 illik siyasətə qadağası dərhal qüvvəyə minib. Apellyasiya məhkəməsi bu qərarı ləğv etmədiyi təqdirdə Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə bilməyəcək. 

Məhkəmə qərarından sonra açıqlama verən Marin Le Pen özünü “cadugər ovu”nun qurbanı adlandırıb və hakimlərin demokratiyaya müdaxilə etdiyini iddia edib. O, həmçinin hakimi ölümlə hədələmə hallarını tənqid edərək, barəsində verilmiş qərarın ləğvi üçün bütün hüquqi addımları atacağını bildirib. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Aprel 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri