Portuqaliya millisində Ronaldonun yerinə 7 nömrə o olacaq Rəsmi
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kriştianu Ronaldonun geyindiyi 7 nömrəli forma “Qalatasaray”ın hücumçusu Rafael Leaoya verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumt Portuqaliyanın Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytında dərc olunmuş Millətlər Liqası protokolunda öz əksini tapıb.
Beləliklə, Leao Millətlər Liqasının qrup mərhələsində cümə axşamı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq Danimarka ilə oyunda 7 nömrəli formada yer alacaq.
Ronaldo 2007/08 mövsümündən bəri Portuqaliya millisində 7 nömrəli forma ilə çıxış edir.
Qeyd edək ki, daha əvvəl Ronaldo Danimarka ilə oyundan əvvəl baş məşqçi ilə münaqişə səbəbindən milli komandadan ayrıldığını bildirmişdi. Hücumçu qərarının səbəblərini gələcəkdə izah edəcəyini qeyd etmişdi. O, turnirin Norveçlə əvvəlki oyununda (2-1) da iştirak etməmişdi.
Xatırladaq ki, Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının, Avropa çempionatının və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandada ən çox qol vuran oyunçu (146 qol), həmçinin mili komanda ilə ən şox oyun keçirən futbolçudur (234 oyun).
O, 2022-ci ilin dekabr ayından bəri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır. Hücumçu karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında da oynayıb.
Ronaldo karyerasında 979 qol vurub ki, bunlardan 146-sı milli komandasında, 833-ü isə klubunda olub.
Bu mövzuda digər xəbərlər:Ronaldonun oğlu Portuqaliya millisində dubl etdi Video
19 May 2025 09:11
Ronaldonun oğlu Portuqaliya millisində Atasının yolunu davam etdirə biləcək?
16 Noyabr 2026 19:24
Portuqaliya Ronaldonun qolu ilə finala çıxdı
05 İyun 2025 01:18
Kriştiano Ronaldonun oğlu Portuqaliya yığmasında debüt edəcək
06 May 2025 16:18
Portuqaliya Ronaldonun cəzasına görə apelyasiya şikayəti verəcək
16 Noyabr 2025 14:15
Baxış sayı:177
Bu xəbər 01 Oktyabr 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















