Lecornyu yenidən istefa verəcəyini istisna etməyib
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oktyabrın 10-da prezident Emmanuel Makron tərəfindən yenidən vəzifəyə təyin edilən Fransanın baş naziri Sebastien Lekornyu, vəzifələrini uğurla yerinə yetirməsi üçün şərtlər yerinə yetirilmədiyi təqdirdə yenidən istefa verəcəyini istisna etməyib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə həftəlik “La Tribune Dimanche” qəzeti məlumat yayıb.
"Bu vəzifəyə qayıtmaq mənim üçün aydın deyildi. Mən ötən bazar ertəsi istefa verdim. Çünki hökumət başçısı vəzifəsində işləmək üçün şərait yox idi. Şərtlər bir daha reallaşmasa, mən gedəcəm. Xırda şeylərə vaxt itirmək fikrində deyiləm", - Lekornyu deyib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


