Icma.az
close
up
RU
Ləğv edilən görüş və ənənəvi siyasətə dönüş: Tramp anladı ki...

Ləğv edilən görüş və ənənəvi siyasətə dönüş: Tramp anladı ki...

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Politoloq: “Putini sülhə gətirmək üçün 9 aylıq cəhdləri nəticə vermədikdən sonra Tramp Rusiyaya qarşı təzyiq siyasətinə keçməyə məcbur oldu”

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb. Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdə deyib: "Bu, yanlış hiss idi. Mənə elə gəldi ki, biz lazım olan məqsədə çata bilməyəcəyik".

Eyni zamanda ABŞ Prezidenti əlavə edib ki, gələcəkdə rusiyalı həmkarı ilə görüşməyi planlaşdırır.

Tramp digər açıqlamasında bildirib: “Rusiyaya qarşı yeni sanksiyaların mütləq təsiri olacaq”.

Görüşdən əvvəl ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoil” və onların 34 törəmə şirkətinə qarşı məhdudiyyətlər elan edib. Tədbirlər Moskvanın Ukraynadakı münaqişəni həll etmək istəməməsi ilə əsaslandırılıb.

"Bunlar böyük sanksiyalardır və ümid edirik ki, onlar uzun sürməyəcək", - Ağ Ev rəhbəri deyib.

Amerika lideri bəyan edib ki, tərəflər təmas xətti boyunca mövcud mövqelərini müəyyən etməli və hərbi əməliyyatları dayandırmalıdırlar: “Rusiya bütün Ukraynaya nəzarət etmək istəyir, lakin güzəştə getməyə hazırdır. Hesab edirəm ki, Co Bayden administrasiyası dövründə Vaşinqton axmaqcasına Kiyevə 350 milyard dollar silah və pul bağışladı”.

“ABŞ başqalarına “Tomaqavk” raketlərindən necə istifadə etməyi öyrətməyəcək. Bu, çox güclü silahdır, çox dəqiq silahdır və bəlkə də buna görə də bu qədər mürəkkəbdir. Ondan istifadə etməyi öyrənmək bir illik intensiv təlim tələb edir", - o əlavə edib.

Tramp daha sonra bildirib: “İddialara görə, Ukrayna Avropa raketlərindən Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika raketlərindən istifadə edir. Amma elə deyil. Vaşinqton Kiyevə silah satmır, bunu NATO ölkələri edir”.

“Çin lideri Si Cinpin Ukrayna sülh prosesinə təsir göstərə bilər”, - deyən Tramp əlavə edib ki,  ABŞ Rusiyanın Yeni START məhdudiyyətlərini uzatmaq fikrinə qarşı deyil.

Qeyd edək ki, sentyabrın 22-də Putin Moskvanın yeni START məhdudiyyətlərinə əməl etməyə hazır olduğunu açıqlayıb. O bunun yalnız Vaşinqtonun qarşılıq verəcəyi təqdirdə təsirli olacağını vurğulayıb. Bu halda, müqavilənin müddəaları onun müddəti 5 fevral 2026-cı il tarixində başa çatdıqdan sonra bir il müddətində həyata keçirilə bilər.

Ötən həftə Rusiya Prezidenti amerikalı həmkarı Donald Trampla Ukraynadakı vəziyyəti müzakirə etmək üçün telefon danışığı aparıb. Söhbətdən sonra Ağ Ev rəhbəri Putinlə Budapeştdə görüşməyi planlaşdırdığını açıqlayıb. Görünür son siyasi proseslər Trampın görüşü ləğv etməsinə təsir edib.

Politoloq Şahin Cəfərli bildirir ki, Putini sülhə gətirmək üçün 9 aylıq cəhdləri nəticə vermədikdən sonra Tramp Rusiyaya qarşı təzyiq siyasətinə keçməyə məcbur oldu: “Bunu əslində ənənəvi siyasətə dönüş kimi qiymətləndirmək lazımdır”.

Analitik proseslərin ardıcıllığına nəzər salıb: “Tramp hökuməti Rusiyaya qarşı ilk sanksiyalarını açıqladı. ABŞ Maliyyə Nazirliyi Rusiyanın 2 böyük enerji şirkəti - "Rosneft" və "Lukoil"a qarşı (34 törəmə şirkətləri ilə bərabər) total sanksiyaların tətbiqi barədə qərar qəbul edib. Bazarın bu qərara reaksiyası - neftin bahalaşması sanksiyanın ciddi olduğunu göstərir. Bayden dövründə, o da prezidentliyinin son həftələrində, cəmi 2 Rusiya şirkətinə - "Qazpromneft" və "Surqutnefteqaz"a qarşı bu tip sanksiya tətbiq olunmuşdu. Prezident Tramp öz növbəsində Putinlə planlaşdırılan görüşü ləğv edib. ABŞ maliyyə naziri Bessent bildirib ki, Rusiya mövcud təmas xəttində atəşkəsə razılaşmasa, sanksiyalar genişləndiriləcək. Daha bir vacib xəbər Rusiyanın 20 min ukraynalı uşağı oğurlaması səbəbi ilə terrorçu dövlət kimi tanınması haqqında qanun layihəsinin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində yekdilliklə qəbuludur. Yəni ki, bunu ənənəvi siyasətə dönüş  saymaq olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://ayna.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri